Azərbaycanlını təhqir etmiş gürcü müxalifətçiyə ittiham irəli sürüldü
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevə qarşı zorakılığa görə saxlanılmış “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşviliyə qarşı "siyasi təqib" ittihamı irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
Məlumata əsasən, aparılmış istintaqla müəyyən edilib ki, dekabrın 2-də Tbilisidə A.Elisaşvili GAMK sədri, “Gürcü Arzusu” partiyasının təsisçilərindən biri olan Ə.Babayevi siyasi motivlərə görə şifahi və fiziki təhqir edib.
İttihama görə müxalifətçini üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu mövzuda digər xəbərlər:Azərbaycanlını təhqir edən gürcü müxalifətçini həbs gözləyir
05 Dekabr 2024 19:51
Baxış sayı:93
Bu xəbər 05 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















