Icma.az
close
up
RU
Azərbaycanlının qurduğu şirkət 32 milyon dollar investisiya aldı

Azərbaycanlının qurduğu şirkət 32 milyon dollar investisiya aldı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Qlobal ödəniş proqram təminatı şirkəti olan Payrails, ödəniş əməliyyatlarını tam nəzarətdə saxlamaq istəyən müəssisələrə dəstək olmaq məqsədilə 32 milyon dollar dəyərində A Seriyası investisiya raundunu uğurla başa vurduğunu elan edib.

Bu yeni maliyyə vəsaiti məhsul innovasiyalarını sürətləndirmək, məhsul xəritəsini genişləndirmək və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionlarında artan müəssisə tələbatını ödəmək üçün istifadə ediləcək.

İnvestisiya raunduna HV Capital rəhbərlik edib və əvvəlki investorlar olan EQT Ventures, General Catalyst və Andreessen Horowitz də iştirak ediblər. Beləliklə, Payrails indiyədək ümumilikdə 52.8 milyon dollardan çox maliyyə cəlb etmiş olur.

Fintech liderlərinin qurduğu güclü komanda

Payrails, Delivery Hero şirkətinin keçmiş fintech rəhbərləri tərəfindən təsis edilib. Startapı Orxan Abdullayev, Emre Talay və  Nikolas Thouzeaudan təsis ediblər. Komanda beynəlxalq səviyyədə miqyaslana bilən maliyyə infrastrukturlarının qurulmasında geniş təcrübəyə sahibdir. Yeni investisiyalar sayəsində Payrails özünü iri müəssisələr üçün ödəniş sahəsində lider platforma kimi möhkəmləndirir.

Sürətli böyümə və artan tələbat

Bu il Avropada fintech sahəsində ən böyük A seriyası investisiya raundlarından biri olan bu maliyyələşmə, Payrails-in sürətlə böyüdüyü bir dövrə təsadüf edir. Şirkət 2024-cü ildə hər gün 1 milyondan çox ödəniş əməliyyatını idarə edib, Avropa və MENA bölgəsində 30 yeni bazara daxil olub və mobilite, e-ticarət, səyahət, maliyyə xidmətləri və abunə platformaları da daxil olmaqla bir çox sektordan iri müəssisə müştərilər cəlb edib.

Puma, Vinted, Flix, InDrive, Just Eat Takeaway və Careem kimi qlobal brendlər Payrails platformasına etibar edir.

Payrails-in CEO-su Orxan Abdullayev deyir:

"Müştərilərimizin və investorlarımızın bizə göstərdiyi etimada görə minnətdarıq. Onların dəstəyi sayəsində müəssisələrə ödəniş əməliyyatlarını mərkəzləşdirilmiş şəkildə idarə etmək və bu sahədə innovasiya yaratmaq imkanı veririk. Yeni maliyyələşmə ilə məhsul inkişafına daha çox diqqət yetirəcəyik və bütün ödəniş dövrünü əhatə edən çoxfunksiyalı platformamızı genişləndirəcəyik.”

Müəssisələr üçün kompleks problemlərin həlli

İri müəssisələrdə ödəniş sistemlərinin idarəsi getdikcə daha çətinləşir – fərqli bazarlarda yerli ödəniş üsullarını dəstəkləmək, çoxsaylı xidmət təminatçılarını birləşdirmək, daxili sistemlərlə sinxronlaşmaq və eyni zamanda müştəri təcrübəsini yüksək səviyyədə saxlamaq tələb olunur. Payrails bu problemləri özünün modul memarlığa malik ödəniş əməliyyat sistemi ilə həll edir.

Payrails 100-dən çox inteqrasiyaya sahibdir və Stripe, Adyen, Forter, SAP, Salesforce, Snowflake kimi aparıcı texnoloji həllərlə uyğun şəkildə işləyir.

Payrails haqqında

2021-ci ildə Berlində təsis olunan Payrails, iri müəssisələrin ödəniş əməliyyatlarını idarə etməsinə və performansını artırmasına kömək edən qlobal ödəniş proqram təminatı şirkətidir. Platforma ödənişlərin bütün dövrünü əhatə edən modul struktura malikdir və irimiqyaslı müştərilər üçün çeviklik, şəffaflıq və nəzarət imkanı yaradır.

Mənbə: tech.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri