Icma.az
close
up
RU
Azərbaycanlının ABŞ, Kanada, İngiltərə bazarındakı layihəsi 1 milyon manata yaxın investisiya (FOTOLAR)

Azərbaycanlının ABŞ, Kanada, İngiltərə bazarındakı layihəsi 1 milyon manata yaxın investisiya (FOTOLAR)

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlkin mərhələdə ailə və dostlardan gələn vəsaitlə başlayan yol daha sonra böyük yerli investorlardan da diqqət görüb.
Cəmi 7 aydır fəaliyyət göstərməsinə baxmayaraq, yerli texnoloji startap artıq 850 000 manat investisiya cəlb edib. Qısa müddətdə həm bazarın, həm də investorların etimadını qazanan tətbiq qlobal bazarda genişlənməyə hazırlaşır.
Söhbət "Sandıq app"dan gedir. Valyuta.az tətbiqin yaradıcısı Rauf Heydərli ilə startapı, gələcək planları haqqında danışıb.
– İlk olaraq, özünüz və iş fəaliyyətiniz barədə qısa məlumat verməyinizi istərdim.

–Mən Rauf Heydərli. Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm və 2015-ci ildə fəaliyyətimə Azərbaycanda, maliyyə sahəsində çalışaraq başlamışam. 2 il "EY" şirkətində işlədikdən sonra Amerikaya köçmüşəm. Amerikada bir müddət "Amazon", "Lyft", "Intelsat" kimi şirkətlərdə maliyyə sahəsində çalışmışam. Daha sonra, 2022-ci ildə dostum Riyadla birlikdə "Recepta" adlı startapı təsis etmişik.
 – "Sandıq" tətbiqi haqqında danışaq. Bu tətbiqin əsas funksiyaları nələrdir, hansı üstünlüklərə malikdir və necə işləyir?
–"Sandıq" tətbiqi "Recepta" şirkətinin Azərbaycanda təqdim etdiyi lokal məhsuldur. Tətbiqin əsas məqsədi istifadəçilərə çeklərini elektron formatda bir yerdə toplamağa imkan yaratmaq, bu çeklər əsasında analitik təhlillər aparmaq və xərcləri analiz etməkdir. Eyni zamanda, istifadəçilər topladıqları çeklər vasitəsilə müxtəlif mükafatlar da qazana bilirlər.
Bu çeklərin arxasında böyük bir məlumat bazası dayanır. "Sandıq" tətbiqinin əsas məqsədlərindən biri də məhz bu məlumatlar vasitəsilə müştərilərlə sahibkarlar və brendlər arasında əlaqə və ünsiyyət körpüsü yaratmaqdır. Hazırda sahibkarlar və brendlər "Sandıq" vasitəsilə öz müştərilərinə müxtəlif hədiyyələr təqdim edə bilirlər. Bu, istər lotereya, istərsə də bonus kartları formatında olsun, şirkətlər müştərilərinin alış-veriş vərdişlərinə əsasən onların davranış və istəklərini daha yaxşı anlayır, nəticədə isə onları daha səmərəli şəkildə mükafatlandıra və onlarla daha düzgün ünsiyyətdə ola bilirlər.
- Bu ideyanı ortağınız Riyad bəy ilə paylaşanda onun münasibəti necə olmuşdu?
- İlk olaraq bu ideya mənim tərəfimdən irəli sürülmüşdü. Belə bir fikir və ehtiyac olduğunu düşündüm. Bunun səbəbi isə Amerikada bir müddət yaşadığım dövrdə kağız çeklərin, xüsusilə "CVS" aptek şəbəkəsində, çox uzun olduğunu görməyim idi. Bəzən bu çeklər bir metrdən də uzun olurdu. Bu mənzərəni görəndə beynimdə belə bir ideya formalaşdı: bu çekləri necə elektron formata daşımaq olar?
Dostum Riyadla mütəmadi olaraq əlaqə saxlayırdım. O, artıq 15 ildən çoxdur ki, Kanadada yaşayır. Bir dəfə söhbət zamanı bu fikrimi onunla bölüşdüm və dedim ki, bu prosesi elektronlaşdırmaq istərdim. Bu müzakirədən sonra ideyanı birlikdə inkişaf etdirməyə başladıq.
Elə həmin il, 2022-ci ildə biz "Teknofest" müsabiqəsinə qoşulduq. Orada ideyamızın qalib gəlməsi bizim üçün bir növ təsdiq oldu ki, bu fikrin həm məqsədi, həm də vizyonu düzgündür. İnsanların bu ideyaya maraq və inam göstərməsi, bu cür bir tətbiqin bazarda ehtiyac olduğunu göstərdi.
Bundan sonra birgə çalışmalara başladıq. Riyad da ideyaya müsbət yanaşdı. Bir müddət araşdırma apardı və bu ideyanın reallaşdırılmasının mümkün olduğunu gördükdən sonra işə başladıq.
–"Sandıq" bu günədək nə qədər investisiya cəlb edib?
– Qeyd etdiyim kimi, "Sandıq" tətbiqi "Recepta" şirkətinin məhsuludur, buna görə də "Recepta"ya yatırılan bütün investisiyalar dolayısı ilə "Sandıq"a da şamil olunur. İlkin mərhələdə, yəni 2022-ci ildə 200 000 ABŞ dolları investisiya almışıq. Sonrakı dövrdə isə bu məbləğ 300 000 ABŞ dollarını keçib.

–Layihənin ilkin mərhələsində maliyyəni haradan və necə cəlb etmisiniz?
–İlkin maliyyəni "angel investor"lardan, daha dəqiq desək, "friends and family" modelinə uyğun olaraq, öz ətrafımızdakı insanlardan və şəxsi vəsaitimiz hesabına toplamışıq. Lakin bir neçə ay sonra artıq ilk rəsmi müraciətimizi etdik və nəticədə "PAŞA Holdinq"dən ilkin investisiyamızı aldıq.
–Tətbiqin ilkin mərhələsində neçə nəfərlə fəaliyyətə başlamışdınız və hazırda "Sandıq" komandası neçə nəfərdən ibarətdir? 
İlk başlayanda üç nəfərdən ibarət bir komanda idi. Riyad, mən və bir nəfər dizaynerimiz var idi. Hazırda komanda üzvlərinin sayı 12-dir.
– "Sandıq" tətbiqi hazırda hansı brendlərlə əməkdaşlıq edir və bu brendlərə nə kimi üstünlüklər təqdim edir?
– Hazırda əməkdaşlıq etdiyimiz şirkətlər arasında "Visa", "Costa Coffee", "Havoline", "Avto Təmir", "Predo", "Suzuki", "Olivia", "Aquafresh", "Sensodyne" və "Rosko" kimi brendlər var. Məsələn, keçirdiyimiz lotereyalardan birinin qalibini Londona göndərmişik və orada "Costa Coffee"ni ziyarət edib. Brendlərlə əməkdaşlıqlar mütəmadi olaraq dəyişir. Müxtəlif aksiyalar çərçivəsində yeni brendlər qoşulur, mövcud kampaniyalar başa çatdıqda isə yeniləri başlayır. "Sandıq" brendlərə əsasən real alış-veriş məlumatlarına əsaslanan analitik təhlillər təqdim edir. Bu da onlara müştərilərini daha yaxından tanımaq, onların alış vərdişlərini anlamaq və marketinq strategiyalarını buna uyğun formalaşdırmaq imkanı verir.
– "Sandıq" tətbiqində təqdim olunan iPhone 16, Dubaya səyahət kimi mükafatlar kifayət qədər maraqlıdır. Gələcəkdə bu siyahıya əlavə etməyi planlaşdırdığınız yeni hədiyyələr varmı?
–Hazırda təqdim etdiyimiz hədiyyələr əsasən bizim tərəfimizdən təmin olunur və nisbətən kiçik dəyərə malikdir. Lakin növbəti aylarda avtomobil, ev və digər yüksək dəyərli hədiyyələri də tətbiq üzərindən təqdim etməyi planlaşdırırıq.
Partnyor şəbəkəmiz də genişlənir. Bu da o deməkdir ki, həm biz, həm də partnyorlarımız istifadəçilər üçün daha dəyərli hədiyyələr təqdim edəcəyik. Məqsədimiz odur ki, "Sandıq" istifadəçilərinin hər biri mükafat qazana bilsin.
–"Sandıq" tətbiqi 7-8 aydır fəaliyyət göstərir. Bu dövrdə hansı nəticələr əldə etmisiniz və biznesin gələcəyini necə görürsünüz?
–Bu biznesin gələcəyinə inanırıq. Əgər yalnız mən inansaydım, amma komanda inanmasaydı, "Sandıq" bu nöqtəyə gəlib çata bilməzdi. Bu nəticə böyük bir komandanın birgə əməyinin məhsuludur.
Brendlər və partnyorlar tərəfindən böyük maraq görürük. Çünki biz onlara əvvəllər əlçatan olmayan real alış-veriş məlumatları təqdim edirik. Əvvəllər bu məlumatlar əsasən fiziki sorğularla toplanırdı, bu isə məhdud idi.
İndi isə biz geniş və etibarlı data əsasında brendlərə dəyərli təhlillər veririk. Bu da onların marketinq fəaliyyətlərini daha effektiv planlamasına şərait yaradır. Rəqəmsallaşan dünyada bu cür dataların əhəmiyyəti daha da artacaq və biz də bu prosesin bir hissəsi olmaqdan məmnunuq.

–"Sandıq"ın beynəlxalq bazara çıxışı ilə bağlı planlarınız varmı və bu istiqamətdə hər hansı əməkdaşlıq təklifi almısınız?
–Bəli, beynəlxalq bazarlara çıxmaq planımız var. Hazırda bu istiqamətdə böyük ödəmə sistemlərindən biri ilə əməkdaşlıq üzərində işləyirik.
İlk olaraq "Sandıq"ı Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə də Dubay bazarına çıxarmağı planlaşdırırıq. Paralel olaraq "Recepta" artıq ABŞ və Kanada bazarlarında fəaliyyət göstərir və yaxın aylarda İngiltərədə də fəaliyyətə başlayacaq. Hazırlıq işləri artıq tamamlanıb.
"Sandıq" üçün növbəti hədəf bazarlarımız Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri olacaq.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri