“Azercell” ən pis xidmət göstərən operatordur Məhkəməyə verilir KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Azercell” ən pis xidmət göstərən operatordur.
KONKRET.az tribunainfo.az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında vəkil Vamiq Şükürov yazıb. O bildirib ki, “Azercell” onun hüququnu pozur:
“Təxminən 5 gün əvvəl “Azercell” nömrəmi “Bakcell”ə keçirmək üçün müraciət etmişəm. “Bakcell” sistemi sorğunu göndərib, lakin müddəti keçməsinə baxmayaraq “Azercell” üzərinə düşən proseduru yerinə yetirməyib.
Bu gün “Bakcell” mənə bildirir ki, “Azercell” guya mənim borcum olduğunu deyib və sorğunu icra etməkdən imtina edib. Halbuki “Azərcell”in öz müştəri xidmətləri ilə danışanda açıq şəkildə dedilər ki, borcum yoxdur, sadəcə texniki səhv olub.
Mən niyə gözləməliyəm? Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?
Tələb edirəm ki, bu məsələ dərhal icra olunsun. Əks halda, hüquqi qaydada məhkəməyə müraciət edəcəyəm”.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da cəhdlərimiz alınmadı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 14 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















