Icma.az
close
up
RU
“Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb

“Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Mükafat Azərbaycanda ilk “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı ilə keçirilən “COP29 Human Capital Forum” tədbiri çərçivəsində təqdim olunub

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” mövzusunda “COP29 Human Capital Forum”u baş tutub. Bu tədbirdə “Azercell Telekom” MMC insan kapitalının qiymətləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına verdiyi dəstəyə görə “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” (“Best Rewards and Recognition Strategy”) mükafatı ilə təltif edilib.

“Azercell”in insan kapitalının idarə olunması sahəsində apardığı proseslər və tətbiq etdiyi sistemlər beynəlxalq təcrübəyə uyğun qurulub. Şirkət istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daima xüsusi diqqət göstərir. “Azercell”in mükafatlandırma və tanıma strategiyası əməkdaşların iş məmnuniyyətini və bağlılığını artırmağa, onların fəaliyyətini dəyərləndirməklə daha yüksək nəticələr əldə etməyə yönəlib. Bu strateji yanaşma işçilərin peşəkar inkişafına dəstək olmaqla yanaşı şirkətin uğurlu gələcəyi üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, “COP29 Human Capital Forum”u Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf” proqramı çərçivəsində “Rəqabətli insan kapitalı və müasir innovasiyalar” prioritetinə əsaslanıb. Forumda yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə rəhbərləri, konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllər mövzusunda fikir mübadiləsi aparıblar.

Forum dünyanın 160-dan çox ölkəsində 15000-dən çox şirkət və 5000-dən artıq üzvü olan BMT-nin Qlobal Sazişi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. “Azercell” də 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək məqsədilə bu sazişə qoşulub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri