Xırdalanda yeni tunel inşa ediləcək
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni tunel layihəsinin icrasına başlanılması planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, M-4 avtomobil yolu – Xırdalan (mərkəz) tuneli 2026-cı ildə tikintisinə başlanması mümkün olan prioritet layihələr sırasındadır.
A.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi Xırdalan və ətraf ərazilərdə avtomobil axınının daha səmərəli təşkili, tıxacların azalması və paytaxta giriş-çıxışın sürətlənməsinə xidmət edəcək.
Sədr həmçinin bildirib ki, 2026-cı ildə bir neçə yeni yol layihəsinin tikintisinə başlanması planlaşdırılır: "Bunlara M. Xiyabani – Dairəvi-1 yolu, Xırdalan dairəsi və Ə. Salamzadə – Z. Bünyadov istiqaməti daxildir".
Onun sözlərinə görə, həyata keçirilən və planlaşdırılan layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılmasına və hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















