Icma.az
close
up
RU
Azercell in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşdı

Azercell in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşdı

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yüksək nəticə göstərən11iştirakçı Azercell-də işə qəbul və təcrübə imkanı əldə edib

Azercell-in “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirdiyi “DataMinds Bootcamp” proqramı uğurla başa çatıb. Yeddi həftə davam edən intensiv tədris marafonu çərçivəsində 31tələbə data və süni intellekt sahələrində praktiki bilik və bacarıqlar qazanaraq məzun olub.

Proqram məlumatların toplanması və təhlili, böyük həcmli datanın idarə edilməsi, süni intellektin tətbiqi sahələrini əhatə edib. Azercell-in Data və Süni İntellekt üzrə ekspertlərinin təlimlərində tələbələr DataOps, MLOps və Generativ AI üzrə interaktiv məşğələlərdə iştirak edib,əldə etdikləri bilikləri real layihələrdə tətbiq ediblər. Final mərhələsində keçirilən müsahibə hazırlığı və peşəkar inkişaf bloku isəonların komanda işi, problem həll etmə və layihə idarəetmə bacarıqlarını daha da gücləndirib.

Məzunları təbrik edən Azercell-in Data Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev datanın idarəetmə və qərarvermədə artan rolunuvurğulayaraqproqramın rəqəmsal ixtisaslaşmaya və kadrpotensialınıngüclənməsinə verdiyi töhfəni qeyd ediblər.

Tədbirdə məzunların proqram müddətində qazandıqları nailiyyətlər qeyd olunub, onlara rəsmi sertifikatlar təqdim edilib.

Proqramı fərqlənmə ilə tamamlayan 11 tələbə Azercell-də işə qəbul və təcrübə imkanı qazanıb. Onların sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Nyu-York Universiteti, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ) vəBakı Ali Neft Məktəbində təhsil alan gənclər yer alır.

Azercell “DataMinds Bootcamp” kimi təşəbbüslərlə Azərbaycanda təhsil, innovasiya və rəqəmsal inkişaf ekosistemini dəstəkləməyə davam edir. Şirkət gənc istedadların müasir texnologiyalar üzrə bacarıqlar qazanmasına şərait yaratmaqla ölkənin rəqəmsal transformasiya prosesinə, innovasiya mühitinin gücləndirilməsinə və peşəkar kadrların yetişdirilməsinə mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see261

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see214

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see193

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see192

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see192

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see191

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see190

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see189

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see188

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see165

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see161

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see157

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see154

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see153

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see151

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see151

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri