Icma.az
close
up
RU
“Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib Ekspert

“Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib Ekspert

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“1 iyuldan etibarən “Azercell” fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək. Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, “Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib. “Azercell” yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb. Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq”.

Pravda.az bildirib ki, bunu ekspert Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, “”Azercell”də çox güman ki kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını ağlabatan, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər: “Əlbəttə, bu “Azercell”in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir. Yeni qaydalara, yeni tariflərə nəzər salanda nələri müşahidə etmək olar? Əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox  açıq saxlaya bilirdilər. Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi  yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq. Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. Hər halda görünən hələlik belədir. Əgər doğru anlaşılmayıbsa, ümid edirəm “Azercell” daha məntiqli izahat verər. Digər ciddi məsələ isə budur: "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, “Azercell” həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi yığılan” modellərə keçir".

O.Gündüz vurğulayıb ki, bütün bunların fonunda sual yaranır: "Dövlətə məxsus payla idarə olunan belə bir şirkət niyə bu qədər ifrat sərt ticarət davranışları nümayiş etdirir? Milyonlarla istifadəçisi olan “Azercell” kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi “düz” hesablayıb. Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir. Rəqəmsal transformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, “Azercell” dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək. Düşünürəm ki, dövlət şirkəti olan “Azercell” tarif qaydalarına yenidən nəzərə salmalı, "1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir” -, deyə 

Ekspert xatırladıb ki, qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etməyib: “Maraqlı məqam həm də odur ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir. Yəni anlaşıqlı desək, biz, “Azercell”də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik. Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA  bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 İyun 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see137

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see119

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see115

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see114

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri