Icma.az
close
up
RU
Rafail Becanov erkən nikahlardan danışdı

Rafail Becanov erkən nikahlardan danışdı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Erkən nikahın qarşısının alınmasında mediada maarifləndirmə aparılması çox vacibdir. Media ictimai rəyin formalaşması, insanların düşüncələrinə doğru-dürüst informasiya və məlumat verməklə təsir etmək gücünə malikdir. Ona görə də ictimai problem hesab etdiyimiz mövzunu diqqətdə saxlamaq və sistemli fəaliyyət cəmiyyətdə düşüncələri dəyişə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, nəqədər çox iş görülür-görülsün bir çox insan erkən nikahın mənfi təsirlərindən, nəticələrindən hələ də xəbərsizdir:
"Onun yaratdığı psixoloji, tibbi fəsadları bilmir. Bununla yanaşı cəmiyyətin müəyyən kəsimində hələ də erkən nikaha ənənə kimi baxanlar var. Ona görə də öz fəaliyyətimizdə cəmiyyət üçün problemə çevrilən bu ənənənin, “normallığın”, qanunla qadağan olmasının insanlarda məsuliyyət yaratması ilə bağlı müsahibələr, məlumatlar dərs edirik. Lakin  işimizi bununla bitmiş hesab etmirik. Mövcud və hələ də davam edən stereotipləri dağıtmaq üçün çox iş görməli, maarifləndirmə həyata keçirilməlidir. Bu yükü daşıyan əsas subyektlərdən biri də mediadır".
Onun sözlərinə görə müvafiq dövlət orqanları, QHT-lər bu istiqamətdə geniş maarifçilik işləri aparırlar, müxtəlif layihələr həyata keçirirlər:
"Onların məlumatları da mediada işıqlandırılır. Amma biz özümüz də müstəqil olaraq buna xüsusi önəm verməliyik. Cəmiyyəti cəhalətdən, illərlə formalaşmış “ənənələr”dən, köhnəlmiş sterotiplərdən ancaq maarifləndirmə ilə xilas etmək olar. İnziabti yol bilərəkdən qanunu pozanlar üçündür. Yəni bilərəkdən qanunu pozmusan, bunun müqabilində cəzalanmalısan. Bəs bilməyərəkdən və ya hansısa “ənənə” burulğanında itib-batanlar? Onları da  maarifləndirmə və təhsillə bu burulğandan qurtarmaq lazımdır. 
Bu baxımdan medianın bu prosesdə iştirakı, sistemli yanaşması, maarifləndirici materialları ilə ciddi müsbət nəticələrə nail olmaq mümkündür. Media təsir gücü olan böyük platformadır. Ona görə də hesab edirəm ki, cəmiyyət üçün həssas olan bu mövzunu daim diqqətdə saxlamaq, bu sahədə fəaliyyət göstərən QHT-lər, ictimai fəallarla birgə maarifləndirmə işinin təşkili müsbət nəticəyə nail olmağımızda böyük rol oynayar".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri