Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Azercell in müştəri məmnuniyyəti indeksi 95% ə çatıb

Azercell in müştəri məmnuniyyəti indeksi 95% ə çatıb

Icma.az, Modern.az saytına istinadən bildirir.

İl ərzində Azercell-in Telefon Mərkəzi 3 milyona yaxın zəng qəbul edib. Bir zəngin orta gözləmə müddəti 35 saniyə, orta cavablama vaxtı isə 2.5 dəqiqə təşkil edib. Bu da qəbul edilmiş beynəlxalq standart  ilə müqayisədə (6-7 dəqiqə) yüksək göstəricidir. Zənglər əsasən tariflər, internet paketləri, rəqəmsal xidmətlər, müştərək xidmətlərə dair məlumatlar, nömrə ilə bağlı əməliyyatlar, balans və cari kampaniyalar ilə əlaqədar olub.

Digər tərəfdən Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistent “Aicell”in müraciətləri həll etmə prosesləri də ötən il ərzində davamlı olaraq təkmilləşdirilib. Nəticədə 2024-cü ilin sonuna Telefon Mərkəzinə daxil olan müraciətlərin təxminən 17%-i operatorlara yönləndirmədən süni zəka tərəfindən cavablandırıb. Bu da öz növbəsində daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olub. Ötən il abunəçilərin “Aicell” ilə ünsiyyətə marağı daha da artaraq 78.5%-ə çatıb, botun istifadəçi istəklərini düzgün anlama səviyyəsi isə 96.6% təşkil edib.

Azercell-in rəqəmsal ünsiyyət kanalları da müştərilərlə effektiv əlaqə qurmaqda mühüm rol oynayıb. Çat mərkəzi ilboyu ümumilikdə 750 000-dən çox müraciəti cavablandırıb, bunlardan təxminən 103 000-i “Facebook” və “Instagram” üzərindən daxil olan şəxsi mesajlar təşkil edib. Fərdi müraciətlərlə yanaşı, “Facebook”, “Instagram”, “YouTube”, “LinkedIn” və “TikTok” sosial şəbəkələrində 380 000-ə yaxın müştəri şərhi də cavablandırılıb.

Ötən ilin dekabr ayında lider mobil operator telekommunikasiya bazarında daha bir ilkə imza ataraq müştəri sorğularını operativ və fasiləsiz cavablandırmaq üçün “AI Chat Bot” həllini də istifadəyə verib. “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən bu həll müştəri sorğularını 24/7 rejimində cavablandırır. Süni zəka assistentlərinin ümumi mövzularla bağlı daxil olan müraciətləri yerində cavablandırması Əlaqə Mərkəzinin təmsilçilərinə abunəçilərə daha fərdiləşmiş xidmət göstərməyə imkan verib.

2024-cü ildə Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb.  Bu göstərici qəbul edilmiş beynəlxalq standard sayılan 85%-dən 10% yüksəkdir.

Azercell-in təqdim etdiyi xidmətin keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Ötən ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq Azercell “ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Qeyd edək ki, bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri