Icma.az
close
up
RU
Nazir müavini: “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin hazırlanması günün tələblərindən irəli gəlir

Nazir müavini: “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin hazırlanması günün tələblərindən irəli gəlir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

“Qaz təchizatı haqqında” qanunun layihəsinin hazırlanması müasir dövrün çağırışlarına və sektorun normativ-hüquqi tənzimlənməsində mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.

Nazir müavini bildirib ki, son illərdə enerji effektivliyi, istilik təchizatı və s. sahələrdə bir sıra mühüm qanun layihələri hazırlanaraq qəbul olunub və bu sənədlər enerji sektorunun inkişafı üçün ciddi hüquqi baza formalaşdırıb. “Qaz təchizatı haqqında” qanun layihəsi isə bu ardıcıllığın növbəti mərhələsi olmaqla, enerji təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun müasirləşdirilməsi və xidmət keyfiyyətinin artırılması məqsədi daşıyır.

S.Vəliyev qeyd edib ki, yeni qanun layihəsində qaz təchizatı sahəsində fəaliyyət göstərən tərəflərin hüquq və vəzifələri, istehlakçılarla münasibətlərin tənzimlənməsi, təhlükəsizlik və texniki tələblər, habelə dövlət nəzarətinin mexanizmləri dəqiq şəkildə əks olunacaq. Layihə, həmçinin yaşıl enerji keçidi və dayanıqlı enerji siyasəti çərçivəsində qaz sektorunun strateji əhəmiyyətini nəzərə alaraq hazırlanıb.

“Mövcud şəraitdə qaz təchizatı ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsi zəruridir. Bu qanun layihəsi yalnız texniki tələbləri deyil, həm də sosial və iqtisadi amilləri əhatə edir. Eyni zamanda, beynəlxalq təcrübə və innovativ yanaşmalar da nəzərə alınıb”, - deyə S.Vəliyev əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri