® “Azercell” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs reallaşdırıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsü uğurla tamamlanıb
“Azercell” uşaqların inkişafına dəstək vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı sosial təşəbbüs həyata keçirib. Proqram xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarını inkişaf etdirməyi və onların cəmiyyətə daha asan inteqrasiyasını təmin etməyi hədəfləyib.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində icra olunub.
Üç ay davam edən proqram sosial bacarıqların inkişafı, özünüifadə və yaradıcı düşüncənin təşviqi, eləcə də rəqəmsal savadlılıq və onlayn təhlükəsizlik kimi mövzuları əhatə edib. Bundan əlavə, iştirakçılara piyada təhlükəsizliyi və ilkin tibbi yardım üzrə praktiki biliklər təqdim olunub. Təlimlər “Azercell”in müvafiq sahələr üzrə mütəxəssisləri və Çikaqo Universitetinin layihə koordinatoru Gülsüm Məmmədova tərəfindən keçirilib.
Qeyd edək ki, layihə “Azercell”in uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsinə və praktiki bacarıqların inkişafına yönəlmiş sosial təşəbbüslər çərçivəsində reallaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Mart 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















