Icma.az
close
up
RU
“AzərEnerji” Ulu Öndərlə bağlı tədbirlər keçirdi Fotolar

“AzərEnerji” Ulu Öndərlə bağlı tədbirlər keçirdi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “AzərEnerji” ASC tərəfindən silsilə tədbirlər təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində energetiklər əvvəlcə 220 kV-luq “Ağdaş” yarımstansiyası, eləcə də tikintisi artıq yekunlaşan “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçiriblər.

Qeyd edək ki, yeni tikilən “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində ağac əkilməsinə bir müddət əvvəldən başlanılıb və son aksiya günü də daxil olmaqla ərazidə ümumilikdə 10 minə yaxın ağac əkilib.

Ağacəkmə aksiyası Ulu Öndər Heydər Əliyevin ölkədə ekologiyanın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına və yaşıllıqların artırılmasına verdiyi böyük önəmin ehtiramla yad edilməsi məqsədi daşıyıb. Eyni zamanda, tədbirin əsas məqsədi ekoloji mədəniyyətin təbliği, təbiətə qayğı hissinin aşılanması və Ümummilli Liderin formalaşdırdığı ənənələrin yaşadılması olub.

Ağacəkmə aksiyasından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının akt zalında geniş tədbir keçirilib. Tədbirdə Ulu Öndərin elektroenergetika sahəsindəki misilsiz xidmətlərindən bəhs edən “Müasir Azərbaycan energetikasının banisi” adlı film nümayiş olunub.

Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkənin enerji sistemi mərhələli şəkildə kənar asılılıqdan çıxarılıb, enerji müstəqilliyi və təhlükəsizliyinin möhkəm təməli qoyulub. Həmçinin qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər elektroenergetika sahəsinin inkişafı üçün taleyüklü qərarlar qəbul edərək, Azərbaycanın enerji potensialının gücləndirilməsində müstəsna rol oynayıb.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 May 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri