“AzərEnerji”də qanvermə aksiyası keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Qan bağışlamaq həyat qurtarır!” devizi altında qanvermə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında Səhmdar Cəmiyyətin 100-dən artıq əməkdaşı iştirak edib.
Qanvermə aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub.
Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi yoxlanışlarından keçdikdən sonra qan veriblər.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında birinci xanım Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edəndən bəri “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 16 İyun 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















