KTN də qanvermə aksiyası keçirildi Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyində (KTN) hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Talassemiya Federasiyası İctimai Birliyinin birgə təşəbbüsü ilə baş tutub.
Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin və tabeli qurumlarının əməkdaşları iştirak edib.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Avqust 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















