”AzərEnerji”də Müstəqillik Günü ilə bağlı tədbir keçirildi Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
28 May – Müstəqillik Günü münasibətilə “AzərEnerji” ASC-nin Tədris Mərkəzində gənc kadrlar üçün master-klass keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə 1918–1920-ci illərdə Azərbaycanda elektrik enerjisi sahəsinin vəziyyətinə nəzər salınıb, xaricdə təhsil almağa göndərilən ilk tələbələr arasında energetika sahəsi üzrə mütəxəssislərin də yer aldığı xüsusi vurğulanıb.
Eyni zamanda, XX əsrin sonlarında müstəqilliyimiz bərpa olunduqdan sonra, xüsusilə son illərdə Azərbaycanın elektroenergetika sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən strateji layihələr və müasir enerji sisteminin inkişaf istiqamətləri barədə təqdimatlar olub. Bildirilib ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerjisistemin dayanıqlığının artırılması, rəqəmsal idarəetmə həllərinin tətbiqi və bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası istiqamətində mühüm işlər görülür.
Tədbirdə qeyd olunub ki, müasir çağırışlara uyğun peşəkar və innovativ düşüncəli gənc kadrların hazırlanması “AzərEnerji” ASC-nin prioritet istiqamətlərindən biridir. Master-klass interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 May 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















