Icma.az
close
up
RU
“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal etdi Fotolar

“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal etdi Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“AzerGold” QSC tərəfindən əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyin möhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib.

“Qafqazinfo” xəbər verir ki, “Bakı” adlı unikal sikkə paytaxtımızın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin mədəni irsini və dinamik inkişafını simvolizə edir.

Sikkə üzərində təsvir edilmiş, əsrlərdir dillərdə dolaşan əfsanələri ilə paytaxtımızın gözəlliyinə əlavə bir cazibə qatan tarixi Qız qalası və Azərbaycanın müasir memarlıq incisi, qeyri-adi, mürəkkəb quruluşlu binası ilə paytaxtımızın çağdaş simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi ahəngdar şəkildə keçmişlə gələcəyin vəhdətini təcəssüm etdirir. Bu vəhdəti yüzilliklərə şahidlik edən Şah məscidi ilə postmodern memarlıq tərzinin nümunəsi sayılan üç möhtəşəm göydələn – “Alov qüllələri” tamamlayır. Kompozisiyanı üst hissədə, səma müstəvisində həkk edilmiş səkkizguşəli ulduz ornamentləri, aşağı hissədə isə mavi Xəzərin zümrüd dalğaları əhatə edir.

Sikkə numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaqla yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən ilk dəfə, ötən il bu texnologiya vasitəsilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə istehsal edilib.

“Bakı” sikkəsinin istehsalı prosesində innovativ texnologiya ilə yanaşı, ənənəvi əl işləmələri də tətbiq edilib. Yeni nəsil gümüş sikkə həm kolleksiyaçılar, həm də əsrarəngiz paytaxtımızı sevənlər üçün mükəmməl bir hədiyyədir.

999.9 əyarlı, 2 unsiya çəkiyə malik yeni gümüş sikkə “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının, qədim zərgərlik ənənələrinin inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri