Icma.az
close
up
RU
“AzerGold”dan daha bir uğurlu layihə Fotolar

“AzerGold”dan daha bir uğurlu layihə Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması və reintroduksiyası uğurla icra edilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən növbəti aksiya zamanı Zəngəzur itburnusu (Rosa zangezura P.Jarosch.), Nizami itburnusu (Rosa nisami Sosn.), Qafqaz dağdağanı (Celtis caucasica Willd.), Adi nar (Punica granatum L.), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora A.Pool), Trautvetter ağcaqayını (Acer trautvetteri L.), Adi şabalıd (Castanea sativa Mill.), Dəmirağac (Parrotia persica (DC.) C.A.Mey.), Şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.) və Atşabalıdı (Aesculus hippocastanum L.) kimi nadir ağac və bitki növlərinin kütləvi əkini həyata keçirilib.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının bilavasitə iştirakı ilə “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan ağac və bitkilər aşkarlanaraq, toxumları yığılıb. Həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, xüsusi aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib.

Cari aksiya daxil olmaqla, ümumilikdə 3 dəfə, hər ilin oktyabr-noyabr aylarında nadir, nəsli kəsilmək təhlükəsində olan ağac tingi və bitki kollarının tarixən yetişdiyi ərazilərdən biri kimi Daşkəsən rayonunda, “Çovdar” mədəninin ətrafında ayrılmış geniş ərazidə əkini, çoxaldılması təmin edilib. Builki aksiya zamanı, həmçinin təbii şəkildə digər bölgələrdə yayılmış nadir ağac və bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib. Sözügedən bitkilər mütəmadi qulluq göstərilməsi üçün “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində ekoloqlar tərəfindən daimi nəzarətə götürülüb.

Xatırladaq ki, Azərbaycanın “Qırmızı kitabı”nın 2023-cü ildə nəşr edilmiş 3-cü nəşrində “AzerGold” QSC-nin icra etdiyi bu ekoloji əhəmiyyətli layihə öz əksini tapıb.

Ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri