Icma.az
close
up
RU
“AzerGold”dan şəhid və qazi ailələri ilə bağlı növbəti sosial layihə Fotolar

“AzerGold”dan şəhid və qazi ailələri ilə bağlı növbəti sosial layihə Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“AzerGold” QSC tərəfindən şirkətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən növbəti sosial təşəbbüsün həyata keçirilməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan 15 nəfər qadın qənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlim proqramlarına cəlb edilib.

Layihənin əsas məqsədi şəhid və müharibədə yaralananların ailə üzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığını artırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi, inklüziv cəmiyyətin qurulmasına töhfələrin verilməsidir.

Layihə çərçivəsində iştirakçılara beynəlxalq dərəcəli qənnadçı ekspertlər tərəfindən nəzəri və praktiki təlimlər keçiriləcək. İki ay davam edəcək intensiv təlimlərdə bütün növ zəruri mal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrə bilik və bacarıqlar aşılanacaq.

Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatı əldə edəcəklər.

Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlb edilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədə işlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinə dəstək göstəriləcək.

Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir.

Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri