Icma.az
close
up
RU
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsi çərçivəsində 2026-cı il üzrə Fəaliyyət Planı təsdiq edilib.

Modern.az xəbər verir ki, Fəaliyyət Planına əsasən, cari il üzrə əsas prioritet istiqamət “Verilənlərin etibarlılığı və analitik yetkinliyin artırılması” mərhələsini əhatə edir. Bu mərhələnin əsas məqsədi Cəmiyyətdə verilənlərə əsaslanan idarəetmə modelinin (Data-Driven Management) sistemli şəkildə formalaşdırılması və qərarvermə proseslərində analitik yanaşmanın institusional səviyyədə tətbiqinin genişləndirilməsidir. Həyata keçiriləcək tədbirlər çərçivəsində müxtəlif informasiya sistemlərində formalaşan əməliyyat, texniki və maliyyə məlumatlarının vahid arxitektura əsasında inteqrasiyası, mərkəzləşdirilmiş verilənlər platformasının formalaşdırılması və məlumat axınlarının vahid verilənlər anbarında (Data Warehouse) konsolidasiyası, eləcə də kibertəhlükəsizlik istiqamətləri üzrə fəaliyyət nəzərdə tutulur. 

Eyni zamanda, formalaşdırılacaq vahid verilənlər infrastrukturu gələcək  mərhələlərdə proqnozlaşdırıcı analitika, intellektual modelləşdirmə və avtomatlaşdırılmış qərar dəstəyi sistemlərinin tətbiqi üçün əsas texnoloji zəmin rolunu oynayacaq. Yol Xəritəsinin strateji hədəflərindən biri kimi 2028-ci ildən etibarən Cəmiyyətdə Süni İntellekt (Sİ) əsaslı texnologiyaların mərhələli tətbiqinə başlanılması planlaşdırılır.

Qeyd edək ki, “AzerGold” istehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsini həyata keçirir. Sənəd Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın tələblərinə uyğun hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri