Icma.az
close
up
RU
“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanın qiymətli metallar sənayesi üzrə aparıcı dövlət şirkəti olan “AzerGold” QSC ölkəmizi növbəti dəfə beynəlxalq platformada uğurla təmsil edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, şirkətin qızıl və gümüş kolleksiyaları iyunun 20-22-də keçirilən 14-cü Honkonq Beynəlxalq Numizmatika Sərgisində ilk dəfə nümayiş olunub.

Bu beynəlxalq tədbir nadir sikkələr, qiymətli metallar, tarixi əsginas kolleksiyalarına dair dünyanın ən nüfuzlu sərgilərindən biri kimi tanınır. Hər il burada müxtəlif ölkələrdən dövlət zərbxanaları, numizmatika şirkətləri və kolleksiyaçılar iştirak edirlər. 6 min nəfərdən çox ziyarətçinin qatıldığı sərgidə təqdim edilən sikkələr Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən dizaynı, yüksək keyfiyyəti ilə iştirakçı şirkətlər və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, “Qarabağ kolleksiyası”na aid qiymətli məhsullar və digər tematik sikkələr yer alıb.

Sərgi çərçivəsində, həmçinin regionun satış platformaları ilə birbaşa əlaqələrin qurulması, eləcə də distribusiya imkanları və əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədi ilə Honkonqun qiymətli metalların satışı üzrə aparıcı şirkətlərindən olan “Precious Metals Asia”, o cümlədən “Kinesis” şirkətinin təmsilçiləri ilə işgüzar formatda görüşlər keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri