Icma.az
close
up
RU
Azərbaycan sikkələri Beynəlxalq Pul Sərgisində ilk dəfə nümayiş olunub

Azərbaycan sikkələri Beynəlxalq Pul Sərgisində ilk dəfə nümayiş olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 2 fevral, AZƏRTAC

Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələr Beynəlxalq Pul Sərgisində (World Money Fair) ilk dəfə nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Berlində keçirilən sərgidə ölkəmizi “AzerGold” QSC təmsil edib.

Dünyada ən böyük sikkə yarmarkası olan Beynəlxalq Pul Sərgisi ilk dəfə 1972-ci ildə İsveçrədə keçirilib və 2006-cı ildən etibarən Berlində təşkil olunur. Hər il 50-dən artıq ölkədən 300-dən çox iştirakçı bu nüfuzlu sərgidə numizmatika məhsullarını təqdim edir. Sərgi numizmatika sənayesinin keçmişini, bu gününü və gələcəyini bir yerdə təqdim edən qlobal miqyaslı unikal platformadır.

“AzerGold” QSC tərəfindən ölkəmizin pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr beynəlxalq sərginin iştirakçılarının böyük marağına səbəb olub. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, “Uzun Həsən”, Qarabağ kolleksiyasına aid “Qarabağ inciləri”, “Qarabağ xalçası – Çələbi”, “Şuşa”, “Xurşidbanu Natəvan”, “Zəfər”, “İçərişəhər”, “Heydər Əliyev Fondu”, “Heydər Əliyev Mərkəzi”, “Naxçıvan”, “Qobustan” sikkələri daxil olmaqla, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən sikkələr barədə ətraflı məlumatlar verilib. Azərbaycanın füsunkar təbiətini, nadir növlərin qorunması ideyasını və innovativ istehsal texnologiyasını özündə birləşdirən numizmatika layihəsi çərçivəsində ərsəyə gətirilən yeni nəsil gümüş sikkə kolleksiyası da maraqla qarşılanıb. Bu kolleksiya Azərbaycanın nadir fauna növlərini əks etdirən “Ceyran”, “Bəbir” və “Bezoar keçisi” olmaqla üç unikal sikkədən ibarətdir.

“AzərGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev sərgidə nümayiş etdirilən məhsullar barədə məlumat verərək deyib: “Bu sərgi 1970-ci illərdən etibarən hər il təşkil olunur və numizmatika sahəsində dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri hesab edilir. Azərbaycan ilk dəfədir “AzerGold”un timsalında bu sərgidə təmsil olunur. Məqsəd bu sənaye sahəsi üzrə ölkəmizin potensialını Avropaya təqdim etmək, eyni zamanda, milli-mənəvi dəyərlərimizi əks etdirən, müxtəlif dizaynlarda hazırlanmış məhsulları təqdim və təbliğ etməkdir.

Azərbaycan stendinə marağın kifayət qədər böyük olduğunu vurğulayan A.Tarverdiyev qeyd edib: “Bilirsiniz ki, numizmatika sahəsinin beşiyi Avropa hesab olunur. Avropalı kolleksiyaçılar yüksək zövqlüdürlər. Azərbaycanın məhsullarına – müxtəlif dizaynlarda hazırlanan və ölkəmizin tarixini, mədəni irsini, eyni zamanda, şəhərlərini əks etdirən sikkələrə maraq kifayət qədər böyükdür. Ötən ilin sonlarında istehsal edilən və numizmatika sahəsində yeni inqilabi texnologiya - “smartmiting” texnologiyası əsasında ərsəyə gələn, adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüş ceyran, bəbir və Bezoar keçisini əks etdirən nadir sikkələrə maraq xüsusilə böyükdür”.

Yerli ziyarətçi Kamil Frankovits sərgi və Azərbaycan stendindəki məhsullar barədə təəssüratlarını bölüşərək bildirib: “Yüksək relyefli sikkələr, yəni, “high relief” texnologiyası ilə hazırlanan nümunələr həqiqətən çox keyfiyyətlidir. Fikrimcə, onlar öz ölkələrində nəsli təhlükə altında olan heyvanlara diqqət yönəltmək baxımından çox uğurlu yanaşmadır. Tarixi qızıl sikkələr də xüsusi maraq doğurur. Ümumiyyətlə, həm qablaşdırma, həm dizayn – hamısı çox peşəkar səviyyədə hazırlanıb. Sərgidə ilk dəfə iştirak etməsinə baxmayaraq, düşünürəm ki, bu, sərgi üçün ciddi bir dəyərdir”.

Sərgini ziyarət edən kanadalı Coşua Povers isə fikrini bu cür ifadə edib: “Mən bir müddətdir ki, sikkə toplamaqla məşğulam və bunu həmişə çox maraqlı hesab etmişəm. Burada sikkələrə baxmaq, onlara necə daha yaxşı qulluq etmək lazım olduğunu öyrənmək və kolleksiyama daha nələr əlavə edə biləcəyimi görmək çox xoşdur. Dünyanın müxtəlif ölkələrinə aid sikkələr toplayıram. Kolleksiyamda artıq təxminən 60 fərqli ölkənin sikkəsi var. Ola bilsin ki, indi siyahıma Azərbaycanı da əlavə etməliyəm. Hələ ki, Azərbaycana aid sikkəm yoxdur. Bəlkə də bu gün burada etməli olduğum məhz budur”.

Beynəlxalq Pul Sərgisini ziyarət etmək üçün Frankfurtdan gələn Nele Şefer də sərgi barədə danışarkən qeyd edib: “Mən Frankfurtdanam və burada ziyarətçi qismində iştirak edirəm. Mən özüm sikkə toplamıram, amma illər ərzində bu mövzunun arxasında nələrin dayandığını görmüşəm. Bu sahənin nə qədər böyük miqyasda olduğunu, sikkə mövzusunun nə qədər müxtəlif amilləri əhatə etdiyini görmək həqiqətən çox maraqlıdır”.

Qeyd edək ki, daim yeniliklərin təqdim olunduğu sərgidə müxtəlif ölkələrə aid zərbxanaların yeni buraxılışları, xatirə və yubiley sikkələri, medallar, qiymətli əşyalar böyük maraq doğurur. Burada qabaqcıl texnologiyalar, sikkə zərbi mühəndisliyi, emal və qablaşdırma yenilikləri texniki forumlarda təqdim edilir. Sərgi həm də müxtəlif ölkələrdən çoxlu sayda sikkə dilerlərini, zərbxanaların, mərkəzi bankların təmsilçilərini, mütəxəssisləri və kolleksiyaçıları bir araya gətirir. Məhz bu baxımdan sərgi numizmatika sahəsində aparıcı beynəlxalq ixtisaslaşmış tədbir kimi tanınır.

“AzerGold” QSC-nin nümayəndə heyəti də sərgi çərçivəsində bir sıra görüşlər keçirərək, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:436
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri