Icma.az
close
up
RU
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq?

“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq?

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək sərəncamındakı üç müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Qurumun tərkibindəki 5 müəssisə isə ləğv edilib.

Teleqraf.com xəbər verir ki, idarəetməyə verilən müəssisələr - “Azəralüminium” MMC, “Azərbaycan alüminiumu” ASC və “Azərpambıq Aqrar Sənaye Kompleksi”dir.

"Azərbaycan Sənaye Korporasiyası"nın tərkibindəki “Azəripək”, “ASK Security”, “ASK Xidmət”, “ASK Əmlak”, “ASK Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətlər ləğv edilib.

Qeyd edək ki, “Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Şəki, Qax və Ağsu rayonları ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin aqrotexniki tələblərə uyğun olaraq əkilib becərilməsi işləri isə “ASK Aqro” məşğul olurdu.

“Ask plaza”nı idarə edən “ASK Xidmət” MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri