Icma.az
close
up
RU
Azəriqaz bizdən niyə artıq pul alır?

Azəriqaz bizdən niyə artıq pul alır?

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi xidmət sahələri həmişə çalışıb ki, abonentlərdən artıq pul qoparsın.

Bunun da bir yolu " sayğac əməliyyatı" dır. Məsələn, bizim mənzilimizdə bir il bundan əvvələ kimi smart-kart  sayğacı vardı. Vaxtında hər 5 manat civarında işlətdiyimiz qaz üçün pul ödəyirdik.Amma elə oldu ki, həmin sayğacları mexaniki  sayğacla yenilədilər.  Həmin  andan bizim qara günlərimiz  başladı. Mexaniki sayğac işləyəndən  qanımız qaraldı.Çünki 5 manat əvəzinə  hər ay səkkiz manat pul verdik. Qazın qiyməti qalxandan sonra vəziyyət daha da çətınləşib.

Belə ki,  yanvar ayına görə bizə  11 manat 17 qəpik qazpulu gəlib. Hər ay pulu artıqlaması ilə ödədiyimiz  halda 56 qəpik də qalıq borcu var. Burdan belə bir sual çıxır: əgər hər ay qazpulunu artıqlaması ilə ödəyiriksə, bəs onda bu 56 qəpik  hardan pırtlayıb üzə çıxdı. Qonşularımızda smart - kart sayğaclar  fəaliyyət göstərir. Onlar deyirlər ki, hər ay 5-6 manat civarında qazpulu verirlər.Görün, bizimlə onların arasında nə qədər fərq var- 5 manat 17 qəpik! Görünür, " Azəriqaz" bizim kimi abonentlərin cibinə girməklə milyon qazanır.

Standartlara uyğun gəlməyən və " Azəriqaz" sərf edən mexaniki  sayğacları quraşdırmaqla  əhlinin cibinə gırmək  nə deməkdir?! Halbuki bir abonent məlum qurumun bir manatını verməsə, o dəqiqə mənzilə qazın nəqli dayandırılır. Bəs onda qeyri- dəqiq işləyən və abonentlərin cibinə girən sayğaclara  görə məsuliyyəti kim daşıyır?! Qoy bu suala " Azəriqaz" ın məsul vəzifəli şəxsləri cavab versin!!!

Emil Faiqoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Fevral 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri