Azəriqaz məzuniyyət ödənişini niyə ləngidir? Şikayət
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mən, Abbasov Daşqın Vüqar oğlu, 2-ci Qarabağ müharibəsi veteranıyam. "Azəriqaz" İB Ağsu RQİİ-nin Kürdəmir XS-də sayğac əməliyyatları xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində çalışıram".
Mia.az xəbər verir ki, bu sözləri Daşqın Vüqar oğlu Abbasov "Feysbuk-dakı hesabında yazıb.
Onun sözlərinə görə, 2 fevral tarixindən etibarən qanuni əsaslarla əmək məzuniyyətinə çıxıb: "Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin açıq və birmənalı tələbinə baxmayaraq, məzuniyyət ödənişim bu günə qədər hesabıma köçürülməyib. Əmək Məcəlləsinin 140-cı maddəsi açıq şəkildə göstərir ki, məzuniyyətə görə orta əmək haqqı məzuniyyət başlamazdan ən gec 3 gün əvvəl ödənilməlidir. Bu tələb pozulub.
Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən isə əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün azı 1% məbləğində ödənc hesablanmalıdır. Bu hüquq da gözardı edilir.
Qanun kağız üzərində qalmaq üçün yazılmayıb. Qanun hamı üçün keçərlidir.
Bir müharibə veteranının qanuni haqqının bu şəkildə gecikdirilməsi qəbuledilməzdir. Hüquqlarımın kobud şəkildə pozulmasına son qoyulmasını, məzuniyyət ödənişimin dərhal köçürülməsini və gecikdirilmiş günlərə görə kompensasiyanın hesablanmasını tələb edirəm. Əks halda məsələni aidiyyəti dövlət qurumları qarşısında rəsmi qaydada qaldıracağımı və hüquqi müstəvidə davam etdirəcəyimi bildirirəm".
Samir MİUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 18 Fevral 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















