Icma.az
close
up
RU
“Azəriqaz” uşaqları sevindirdi

“Azəriqaz” uşaqları sevindirdi

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

“Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial dəstək tədbiri keçirilib. Omar Atçılıq Klubunda təşkil olunan tədbirə Birliyin əməkdaşlarının xüsusi qayğıya ehtiyacı olan övladları dəvət edilib.

Lent.az xəbər verir ki, tədbirdə əvvəlcə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyəti barədə danışılıb.

Vurğulanıb ki, ölkəmizdə uşaqların sosial müdafiəsi, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi və cəmiyyətə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən sosial layihələr və təşəbbüslər uşaqların daha xoşbəxt və təhlükəsiz gələcəyinin təmin olunmasına xidmət edir.

Daha sonra uşaqlar və onları müşayiət edən valideynlər üçün bayram süfrəsi açılıb, rəngarəng əyləncə proqramı təşkil olunub. Müxtəlif oyunlar və peşəkar sehrbazın təqdim etdiyi maraqlı şou-proqram uşaqların böyük sevincinə səbəb olub.

“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və Birliyin digər rəhbər şəxsləri də uşaqlarla birlikdə proqramı izləyərək onların sevincinə şərik olublar.

Bayram tədbiri çərçivəsində uşaqlar və valideynlər Klubun ərazisini gəzərək istirahət edib, təbiətin gözəlliklərindən zövq alıblar. Səmimi və xoş atmosferdə keçən tədbir iştirakçılara yaddaqalan anlar bəxş edib.

Tədbirin sonunda uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə “Azəriqaz” İB rəhbərliyinə və təşkilatçılara dərin minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 İyun 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see401

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see395

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see394

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see345

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see314

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see313

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see254

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see246

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see234

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see226

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see212

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see208

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see203

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see198

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see197

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see191

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see190

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see187

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see184

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri