“Azəriqaz” qarlı günlərdə camaatı qazsız qoydu Şikayət
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azəriqaz” İB-dən şikayətim var. 4 gündür qazın verilməsində problem var və dəfələrlə zəng edərək şikayət etməyimə baxmayaraq, nəticə yoxdur, zəng edən yoxdur, gəlib baxan yoxdur. Qonşularda da eyni problemdir.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətçi Orxan Nağı yazıb. O bildirib ki, “Azəriqaz”ın mail adreslərinə şikayət də yazıb, ona da baxan yoxdur:
“Evdə 2 körpə var və hazırda ev soyuqdur, isti su yoxdur. Verilən qaz ilə su belə qaynatmaq mümkün deyil. Bu qədər tərbiyəsiz və əxlaqsız xidmət sahəsi görməmişdim. Ödənişli xidmətdən xidmət görə bilmirəm. Nə vaxt zəng edirəm, “şikayətiniz qeydə alındı” və son. Hər zəngimdə başqa operatora problem izah etməkdən bezdim. Əvvəl közərmə olsa da, hal-hazırda ümumiyyətlə, qaz kəsilib.
İndi dərdimizi kimə deyək, bilmirəm, amma görünən odur ki özbaşınalıqdır. Ödəniş olunmazsa, “qəhrəmanlar” qaça-qaça gəlib dərhal xidməti dayandırarlar, amma mən axı ödəniş edirəm”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















