Icma.az
close
up
RU
“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2-ci Qarabağ müharibəsi veteranı Daşqın Abbasov “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən müraciətlərinin cavabsız qaldığını bildirir.

Tribuna xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat paylaşıb. Veteranın şikayətini ictimailəşdirən hüquq müdafiəçisi bildirib ki, “Azəriqaz” qazinin problemini dinləmir.

Veteran şikayətində qeyd edib ki, Prezident tərəfindən “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunsa da, hazırda ciddi sosial çətinliklərlə üzləşir.

Onun sözlərinə görə, iki dəfə “Azəriqaz” İB-in baş direktoru Azər Məmmədovun qəbulunda olub və yaşadığı problemləri diqqətə çatdırıb:

“Yaşadığım Göyçay rayonundan 75 km uzaqlıqda — Kürdəmir Xidmət Sahəsində işləyirəm. Himayəmdə yaşlı atam var. Hər gün bu məsafəni qət etmək mənim üçün həm maddi, həm də fiziki cəhətdən böyük çətinlik yaradır”.

Daşqın Abbasov həmkarlar ittifaqına da müraciət edərək yol xərclərinin qarşılanması üçün yardım istəyib, lakin heç bir dəstək ala bilmədiyini bildirir. Onun sözlərinə görə, iş yerinin Göyçaya — usta və ya mühəndis kimi daha yaxın sahəyə dəyişdirilməsi üçün etdiyi müraciətlər də təmin olunmayıb:

“Baş direktordan kömək istəsəm də, heç bir addım atılmadı. Müraciətlərim sadəcə cavabsız qaldı”.

Veteran vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə müharibə iştirakçılarına xüsusi qayğı göstərilməsinin vacibliyini qeyd edib. O, həmçinin “Veteranlar haqqında” qanunun 1-ci maddəsinə istinad edərək bildirib ki, veteranların sosial xidmətlərlə təmin olunması qanunvericiliyin tələbidir.

“Təəssüf ki, Azəriqaz rəhbərliyi nə Prezidentin tapşırıqlarına əməl edir, nə də qanunun tələblərinə. Bizim kimi veteranlara bu cür yanaşma yolverilməzdir”, — deyə Abbasov bildirib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see309

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see299

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see225

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see137

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see133

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see133

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see129

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri