Icma.az
close
up
RU
DTX dan bütün dünyaya kibertəhlükəsizlik dərsi

DTX dan bütün dünyaya kibertəhlükəsizlik dərsi

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, noyabrın 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb.

Kiberhücumlara qarşı alınmaz qala...

Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunan, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsində DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandasının 2-c yer tutması sözügedən qurumun yüksək peşəkarlığından, müasir dünyanın dəyişən təhlükələrinə qarşı adekvat və sürətli reaksiyasından xəbər verir. “ARMYTHON” müsabiqəsinin nəticəsi sübut edir ki, DTX-nın tabeliyindəki bu mərkəz yüksək peşəkarlığa malik kadrlarla təmin edilib və Azərbaycana yönəlik kiberhücumları müvəffəqiyyətlə neytrallaşdırmağa, dövlətimizin bu müstəvidəki təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə qadirdir.

İordaniyada reallaşan “ARMYTHON” müsabiqəsinin nəticəsi həm də onu sübut etdi ki, DTX-nın peşəkarlığı, hazırlıq səviyyəsi sadəcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada ən üst səviyyələrdədir və bu məsələdə hətta inkişaf etmiş ölkələrin böyük əksəriyyəti belə Azərbaycanın xüsusi xidmət orqanından əhəmiyyətli dərəcədə geri qalır.

Bu, sadəcə DTX deyil, Azərbaycan dövləti adına böyük uğurdur

DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandasının İordaniyada əldə etdiyi bu qələbənin sadəcə xüsusi xidmət orqanımızın deyil, bütövlükdə dövlətimizin adına önəmli bir uğur, tarixi bir nailiyyətdir. Bu uğurun nə qədər böyük olduğunu anlamaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətinə nəzər salmaq kifayətdir. Dövlət başçısı məlum müraciətdə birmənalı şəkildə vurğulayır ki, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir”.

Sitatdan da məlum olduğu kimi, Prezident İlham Əliyev kibertəhlükəsizlik strategiyasını dövlətimizin milli təhlükəsizlik arxitektursının nüvəsi kimi xarakterizə edir, bunun ölkəmiz üçün həyatı önəm kəsb etdiyini vurğulayır. Dövlət başçısının kibertəhlükəsizlik strategiyasına bunca önəm verməsinə səbəb isə müasir dünyamızda ən ciddi və təhlükəli təhdidlərin məhz kibercinayətkarlıqla bağlı olması, kiverhücumalardan qaynaqlanmasıdır. Məhz bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti kibertəhlükəsizlik strategiyasına xüsusi önəm verir, dövlətimizin, əlaqədar dövlət qurumlarının bu sahədəki peşəkarlığının artırılmasını diqqət mərkəzində saxlayır.

DTX kibertəhlükəsizlik strategiyasının əsas icraçısı rolunda...

“ARMYTHON” müsabiqəsi və onun məlum nəticəsi onu deməyə əsas verir ki, DTX-nın peşəkarlığı, general Əli Nağıyevin rəhbərlik etdiyi kadrların hazırlıq səviyyəsi, habelə sözügedən qurumun maddi-texniki bazası istənilən kiberhücumu zərərsizləşdirməyə, dövlətimizin bu müstəvidəki təhlükəsizliyini də yüksək səviyyədə təmin etməyə imkan verir. Başqa sözlə desək, DTX bu gün dövlətimizin kibertəhlükəsizlik strategiyasının əsas icraçısı rolunda çıxış edir ki, bunu dövlət başçısının bu quruma, onun peşəkarlığına olan etimadı da təsdiqləyir.  

Xatırladaq ki, bir neçə gün bundan öncə Prezident İlham Əliyev DTX-nın Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin (MİRAS) yaradılması ilə bağlı Fərman imzalayıb, bununla da DTX-nın informasiya təminatı və təhlil imkanları əhəmiyyətli dərəcədə artırılıb. MİRAS-ın məhz DTX-nin nəzdində yaradılması Prezidentimizin bu quruma olan inam və etimadından xəbər verir. Hansı ki, xüsusi xidmət orqanımız da bu etimadı hər addımda doğrultmaqdadır. DTX-nın İordaniyada bütün dünyaya verdiyi kibertəhlükəsizlik dərsi də bu böyük həqiqətin növbəti isbatıdır.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri