Icma.az
close
up
RU
Azəriqaz xərcləri, yığımı barədə heç bir məlumat vermir

Azəriqaz xərcləri, yığımı barədə heç bir məlumat vermir

Icma.az bildirir, Azpost portalına istinadən.

“”Azəriqaz”ın xərcləri, yığımı barədə saytında nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur“.

AzPost bildirir ki, bu barədə tanınmış neft üzrə ekspert İlham Şaban qaz limitləri barədə prosesi şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, “Azəriqaz” İB 2009-cu ildə SOCAR-a ona görə birləşdirildi ki, hökumət 17 il ərzində bu qurumun fəaliyyətində hansısa dönüş edə bilmədi: “Daim borc içində idi. Hökumət də bir neçə ildən bir onun borclarını silsə də, yenidən yaranırdı. Axırda qərara gəldi ki, həllin yolu onu elə qaz istehsalçısı ilə birləşdirməkdir. Bəs indi vəziyyət necədir? 16 il yarımdır ki, SOCAR-ın çətiri altında özünü necə hiss edir? Xərci yığdığını ödəyirmi? Bunu sözün düzü bilmirəm. Çünki bu haqda saytında hansısa nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur”.

İ.Şaban deyib ki, qurumun rəsmi səhifəsində heç qaz statistikasına dair də məlumat yoxdur: “Rüb və il ərzində nə qədər əmtəəlik qaz alıb, qazın ən çox istehlak olunan və az işlədilən dövrləri, istehlakçı qrupları üzrə cəmi sərfiyyat və sair. Həmçinin texniki itkilər harda yaranır? (əsas hissəsi, niyə bu qədər itiririk, düzəltmək üçün əncam çkiləsi nə qədər pul-parə lazımdır). Heç nə yoxdur”.

Ekspert bildirib ki, bunun əvəzində mediada yalnız “filan yerdə qaz kəsiləcək” başlıqlı xəbərdarlıq elanları var.

İ.Şaban qeyd edib ki,  qiymətin ədalətli olması istənilən biznesdə vacib məsələdir və biznesin böyüməsinə yol açan amillərdən əsasıdır.

“Azərbaycanın daxili bazarında qaz qiymətləri əhali istehlakçıları arasında qeyri-bərabər münasibətləri qabardır. Qazın əhali qrupu üçün əsas funksiyası nədir? Qaz ilk növbədə qızınmaq mənbəyi rolunu oynayır. Bu isə öz növbəsində sağlamlığa və gigiyenik mükəmməlliyə yol açır. İndi baxaq görək, əhali qızınmaq üçün qazdan necə istifadə edir: dağ rayonlarında qızınmaq mövsümü 8-9 ay çəkir. Kəlbəcər, Daşkəsən, Gədəbəy kimi yerlərdə avqustda gecələr adamın dağ sərinliyindən dişi-dişinə dəyən günlər olur. Aran bölgəsində yaşayanın isə isinməyə 3-4 ay ehtiyacı olur. Canı qızmayan adama ƏDV yaradan məhsuldar qüvvə kimi baxmaq olarmı? Olar, amma onun məhsuldarlığı da aldığı enerji (isinməsi) qədər olacaq. Ona görə də hökumət təbii qazın daxili bazardakı roluna, qiymətinə və istehlak coğrafiyasına hesab edirəm kompleks və iqtisadi yaradıcılıq prizmasından yanaşmalıdır”-deyə İlham Şaban vurğulayıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Yanvar 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri