Yaşadığı küçənin vəziyyətini paylaşıb, icra hakimiyyətini tənqid etdi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Əməkdar artist Nigar Şabanova yaşadığı küçəni su basdığı anları paylaşıb.
Axşam.az xəbər verir ki, müğənni Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətini tənqid edib. O, paylaşımında küçənin illərdir bu vəziyyətdə olduğunu, yağışdan sonra isə hərəkətin çətinləşdiyini bildirib:
"Çox ayıb. Azərbaycanda yaşayırıq və yaşayışa baxın. Bir həftədir yağış yağıb və məhəllənin günü budur, kanalizasiya sistemi bu haldadır. Piyada çıxıb marketə getmək belə mümkün deyil. Maşını olmayan nə etsin? Heç bu millətin kasıbını düşünən bir vicdan sahibi yoxdur? Çox ayıb.
Bilirik, işiniz çoxdur, amma bu vəziyyət illərdir var. Bu illər ərzində niyə bir adam maraqlanmır? İcra deyir bələdiyyənin işidir, bələdiyyə deyir icranın işidir. Çox gülməlidir bu hal.
Kimə deyək? Heyif bu ölkəyə çəkilən zəhmət və əziyyətdən. Mən təsəvvür edirəm ki, leysan yağış olsa, bu küçə nə hala düşər. Bütün küçələr bu və bundan da pis gündədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















