Azəristiliktəchizat müqavilə şərtlərinə əməl eləmir
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hər il payız və qış mövsümü gələndə məlum qurumla istehlakçılar arasında narazılıq yaranır." Azəristiliktəchizat" sözçüsü deyir ki, istilikdən istifadə edən insanların əksəriyyəti borclarını vermir, camaat da bildirir ki, biz keyfiyyətli istilik almamışıq , onun nə pulunu verəcəyik.Məsələn , ötən il bizim mənzilə baş vermiş qəza üzündən istilik yanvar ayının 20- də verilib.Düz iki aydan çox müddətdə bizim mənzilə istilik verilməyib.
Amma bizə noyabrın 15- dən yanvarın 20 qədər müddətdə borc pulu gəldi və biz də işlətmədiyimiz istiliyin pulunu ödədik! Qardaş , mənə istilik verilməyibsə, o pulu niyə ödəməliyəm? Xeyir ola! Müqavilə şərtlərinə hər iki tərəf- həm istehsalçı, həm də istehlakçı əməl etməlidir..Mənzillər normal qızdırılmalı və əhalidən də bu xidmətə uyğun pul alınmalıdır! Axı,mənzillər normal qızdırılmır! Üstəlik də istilik pulun alanda hamamı, eyvanı və digər açıq yerləri də hesablayırlar. Yəni istehlakçıdan artıq pul alırlar! Qoy " Azəristiliktəchizat" da digər xidmət sahələri kimi mənzillərdə sayğaclar quraşdırsın və sayğac nə yazırsa , abonentdən də o pulu alsın! Bir də görürsən ki, həmin qurum binada kimlərinsə borcu olduğuna görə, binanın istiliyin kəsir və bunun da nəticəsində digər pul verib istilik alan insanların hüquqları pozular!
Düzdür, bu gün çox adamın " Azəristiliktəchizat" borcu var, amma bu o demək deyil ki, qışın soyuq vaxtında bir binanın bütün istiliyini kəsəsən! Məlum qurum bir çox təmir işlərini yayda deyil, payızda və qışda görür. Bu da bir çox problemlər yaradır!İstilik veriləndə xətdə problemlər və nasazlıq yaranır. Onda da insanlar istiliksiz qalır! Ona görə də bu məsələləri aidiyyəti qurum diqqətdə saxlamalıdır!!! Yəni təmir işləri vaxtında aparılmalıdır ki, sonradan problemlər yaranmasın. Əsas məsələ isə noyabrın 15- də verilməsidir.
Bu, sovet dönəmində qalan qrafikdir. Bu barədə biz dəfələrlə təkliflər səsləndirmişik , təəssüf ki, həmin təkliflər qəbul edilməyib.Təbii ki, bular hamısı Nazirlər Kabinetinin səlahiyyəti daxilindədir! Yaxşı olar ki, Bakıda istilik mövsümü noyabr ayının 1- də başlayıb, aprelin 30- da başa çatsın! Onsuz də istiliyin qiyməti 15 qəpikdən 45 qəpiyə qaldırılıb. Yəni istilik bahalaşıb və kimisə istifadə edəcəksə, heç şübhəsiz ki, pulun verəcək! Əgər dediyimiz qrafik tətbiq olunarsa, bu, əhalini çox sevindirər!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















