“Azəristiliktəchizat”ın rəhbərliyi Salyan və Nefçala sakinləri ilə görüşüb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 dekabr, AZƏRTAC
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Salyan rayonunda Salyan və Nefçala sakinləri ilə görüşüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayonun Heydər Əliyev mərkəzində keçirilən görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















