Icma.az
close
up
RU
Azərkosmos da dövlət satınalmaları ilə bağlı qanunsuzluqlar aşkarlanıb

Azərkosmos da dövlət satınalmaları ilə bağlı qanunsuzluqlar aşkarlanıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Hesablama Palatası Azərbaycan Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.

Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.

Məlumata görə, audit 2022-2023-cü illәri əhatə edib.

Auditin nəticələrinə görə, Agentlik tәrәfindәn 2022-ci ildә “әmәliyyat” vә “maliyyәlәşdirmә” fәaliyyәtlәri üzrә müvafiq olaraq 3089,0 min manat vә ya 10,0% vә 4078,2 min manat vә ya 6,0% çox, “investisiya fәaliyyәti” üzrә isә 4627,2 min manat vә ya 45,0% az, 2023-cü ildә “әmәliyyat” vә “maliyyәlәşdirmә” fәaliyyәtlәri üzrә müvafiq olaraq 4053,6 min manat vә ya 12,0% vә 33831,1 min manat vә ya 63,0% çox, “investisiya fәaliyyәti” üzrә isә 3226,0 min manat vә ya 54,0% az olmaqla tәsdiq olunmuş smetadan kәnar xәrc icra edilmişdir.

Agentlikdә 2022-ci ildә 9605,8 min manat mәblәğindә 61 müqavilә, 2023-cü ildә 10393,9 min manat mәblәğindә 94 müqavilә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlansa da, “Dövlәt satınalmaları haqqında” Qanunun tәlәblәrinә riayәt edilmәyәrәk ehtimal olunan qiymәtlәr Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 18.03.2019-cu il tarixli 106 nömrәli Qәrarı ilә tәsdiq edilmiş "Malların (işlәrin vә xidmәtlәrin) ehtimal olunan qiymәtlәrinin hesablanması Üsulları"na uyğun hesablanmamışdır.

Eyni zamanda, Qanunun tәlәblәri gözlәnilmәyәrәk 2022-ci ildә 15 halda 945,3 min manat, 2023-cü ildә 19 halda 2229,9 min manat mәblәğindә müqavilәlәr müvafiq satınalma metodu (açıq tender) tәtbiq edilmәdәn birbaşa bağlanılmış, 2023-cü ildә 1 halda әsas şәrtlәr toplusunda müәyyәn edilmiş ixtisas uyğunluğuna bir sıra parametrlәr üzrә cavab vermәyәn podratçı ilә 110,0 min manat mәblәğindә satınalma müqavilәsi bağlanılmışdır. 2022-2023-cü illәrdә 4 halda iş vә xidmәtlәrin hәcminin çox (tәkrar) göstәrilmәsi nәticәsindә icraçılara müvafiq olaraq 28,9 min manat vә 366,8 min manat artıq vәsait ödәnilmiş, 2022-ci ildә 15 halda 7315,5 min manat vә 2023-cü ildә isә 21 halda 6827,7 min manat mәblәğindә bağlanılmış satınalma müqavilәlәri üzrә icraçılardan satınalma müqavilәsinin yerinә yetirilmәsi tәminatı tәlәb olunaraq alınmamış, müqavilәdә nәzәrdә tutulmuş öhdәliklәrini müvafiq qaydada yerinә yetirmәdiyi halda Agentlik tәrәfindәn 2022-ci ildә 1 podratçıya 18,8 min manat, 2023-cü ildә isә 3 podratçıya 57,5 min manat mәblәğindә cәrimә sanksiyası tәtbiq edilmәmişdir.

2023-cü ildә keçirilmiş “Texniki personal üzrә xidmәtlәr”in elektron satınalma prosedurunun şәrtlәr toplusunda iddiaçıların müvafiq sahәdә peşәkarlığının, tәcrübәsinin, texniki vә maliyyә imkanlarının, işçi qüvvәsinin, idarәetmә sәriştәsinin, etibarlığının olmasına dair tәlәblәr qoyulmuş, hәmçinin Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinә әsasәn әmәyin mühafizәsi normalarının vә qaydalarının yerinә yetirilmәsinә bilavasitә cavabdehliyin işә götürәn vә işçi arasında tәnzimlәndiyi qeyd olunmuşdur. Lakin personalın texniki tәhlükәsizliklә bağlı tәlim vә s. (SӘTӘM xidmәtlәri) xәrclәri tәrәflәr arasında bağlanmış satınalma müqavilәsinә daxil edilәrәk tәhvil-tәslim aktlarına әsasәn 4 ay üzrә icraçıya 23,5 min manat (ӘDV daxil) әlavә vәsait ödәnilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri