Icma.az
close
up
RU
Ekspert kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəbi AÇIQLADI FOTO

Ekspert kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəbi AÇIQLADI FOTO

Icma.az bildirir, Olke.az portalına istinadən.

Məsələn, ticarət şəbəkələri mövsüm vaxtı qarpızı 10-20 qəpiyə alsalar da, 40-60 qəpiyə satırlar. Yaxud da yerli istehsal olan çəltik məhsulunu - düyünü 1.5, 2 manat aralığında istehsalçıdan aldıqları halda marketlərdə orta hesabla 3 manata təqdim edirlər. Həmçinin, kartof, soğan və digər məhsulların alış və satış qiymətləri arasında bəzən 100 faizlik fərq olur.

Hazırda qanunvericilikdə kənd təsərrüfatı məhsullarının istehsalçıdan alış və marketlərdə satış qiymətləri ilə bağlı konkret tənzimləmə nəzərdə tutulmayıb. Belə ki, Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin və məhsulların siyahısı"na kənd təsərrüfatı məhsulları daxil edilməyib. Həmçinin Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının Qanununda bu məhsulların satış qiymətinə tətbiq edilə biləcək əlavə məbləğ və ya faiz dərəcəsi ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirilməyib. Bu isə bazarda qiymət fərqinin artmasına və süni bahalaşma hallarına zəmin yarada bilər.

Dünya təcrübəsində isə bu məsələyə fərqli yanaşmalar mövcuddur. Məsələn, Türkiyənin 5957 saylı "Tərəvəz və Meyvələr ilə Kifayət Qədər Təklif və Tələb Dərinliyi Olan Digər Malların Ticarətinin Tənzimlənməsi Haqqında" Qanununda komissiya haqqının yuxarı həddi müəyyən edilib. Qanuna əsasən, istehlakçılara satış məbləği üzərindən tutulan komissiya faizi tərəflər arasında sərbəst müəyyənləşdirilsə də, 8 faizdən çox ola bilməz. Nazirlik isə bu faiz dərəcəsini yarıyadək azaltmaq səlahiyyətinə malikdir. Eyni zamanda, faktiki olaraq vasitəçilik xidməti göstərilmədiyi halda komissiya haqqının alınmasına yol verilmir. Bu da istehsalçıdan alınan qiymətlə istehlakçıya təqdim olunan qiymət arasındakı fərqin yüksək olmasının qarşısını alır.

Bəs Azərbaycanda bu istiqamətdə hansı tədbirlər görülə bilər?

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli vurğulayıb ki, marketlərin fermerlərdən aldıqları kənd təsərrüfatı məhsullarının üzərinə 30-40 faiz, bəzi hallarda daha çox qiymət qoyması ilk növbədə, bazarda qiymət formalaşması və vasitəçilik mexanizminin nə dərəcədə sağlam işləməsi məsələsini gündəmə gətirir:

"Təbii ki, marketin də müəyyən xərcləri var. Məhsulun daşınması, saxlanması, çeşidlənməsi, işçi qüvvəsi, icarə və digər xərclər nəzərə alınmalıdır. Ona görə də alış və satış qiymətləri arasında müəyyən fərqin olması normaldır. Ancaq bu fərq həddindən artıq böyükdürsə, onu yalnız marketin xərcləri ilə əsaslandırmaq mümkün deyil".

İqtisadçı deyir ki, bu istiqamətdə əsas problem fermerin məhsulu çox vaxt aşağı qiymətə satmağa məcbur olması, istehlakçının isə həmin məhsulu mağazada xeyli baha almasıdır:

"Yəni, qiymət fərqindən nə fermer, nə də istehlakçı lazımi səviyyədə faydalanır, əsas gəlir tədarük və satış zəncirində formalaşa bilər. Bu baxımdan vasitəçilərin sayı, marketlərin bazardakı mövqeyi və onların fermerlər qarşısında yaratdığı şərtlər araşdırılmalıdır.

Qanunvericilik məsələsinə gəldikdə, Azərbaycanda marketlərin kənd təsərrüfatı məhsullarının alış və satış qiymətləri arasındakı fərqinə ümumi qaydada maksimum limit qoyulması nəzərdə tutulmur. Yəni, market fermerdən aldığı məhsulun üzərinə, qanunla müəyyən edilmiş konkret faiz həddini aşmamaq şərti ilə qiymət qoymalı deyil. "Tənzimlənən qiymətlər haqqında" qanun da əsasən dövlət tərəfindən qiymətləri tənzimlənən məhsullara şamil olunur.

Amma bu, marketlərin qiymət siyasətinin tamamilə nəzarətsiz olması demək deyil. Rəqabət Məcəlləsində hökmran mövqedən sui-istifadə, əsassız yüksək inhisar qiymətlərinin tətbiqi və rəqabətin məhdudlaşdırılması ilə bağlı müddəalar var. Əgər hansısa market bazarda hökmran mövqedən istifadə etməklə qiymətləri əsassız şəkildə artırırsa, bu, araşdırma predmeti ola bilər. Burada vacib məqam odur ki, alış və satış qiyməti arasındakı 30-40 faizlik fərq özlüyündə qanun pozuntusu hesab edilmir".

Akif Nəsirli hesab edir ki, kənd təsərrüfatı məhsulları üzrə qiymət əlavəsinə müəyyən maksimum həddin tətbiqi müzakirə oluna bilər:

"Bu baxımdan Türkiyə və digər ölkələrin təcrübəsindən yararlanmaq mümkündür. Ancaq bütün məhsullara eyni faiz həddinin tətbiqi düzgün olmaz. Çünki pomidor, xiyar, kartof və digər məhsulların saxlanma müddəti, daşınma xərcləri, xarab olma riski və satış şərtləri fərqlidir. Ona görə də məhsul qrupları üzrə diferensial limitlər müəyyənləşdirilə bilər.

Bununla belə, qiymət əlavəsinə limit qoyulması problemin yeganə həlli deyil. Əgər marketlər məhsulu fermerdən ucuz alır, amma istehlakçıya baha satırsa, burada tədarük zəncirinin şəffaflığı da təmin edilməlidir. Fermerlərin məhsullarını birbaşa marketlərə çıxarması, topdansatış bazarlarında rəqabətin gücləndirilməsi və vasitəçilərin sayının azaldılması vacibdir. Əks halda, qiymət əlavəsinə formal məhdudiyyət qoyulsa belə, başqa xərclər adı altında bahalaşmanın davam etməsi mümkündür.

Əsas məqsəd həm fermerin əməyinin layiqli qiymətləndirilməsi, həm də istehlakçının məhsulu münasib qiymətə əldə etməsi olmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Noyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri