Azərkosmosun 28 minlik tenderi ləğv edildi
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərində mühafizə xidməti üçün mühafizə köşklərinin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 27 889 AZN olub.
Cabir Həsənov

