Icma.az
close
up
RU
Brüssel Rusiyanı iqtisadi təcridə sürükləyir: yeni sanksiyalar paketində nələr var?

Brüssel Rusiyanı iqtisadi təcridə sürükləyir: yeni sanksiyalar paketində nələr var?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Komissiyası Ukraynaya təcavüzə görə Rusiyaya qarşı 18-ci sanksiyalar paketini irəli sürüb. Yeni tədbirlər Moskvanın enerji gəlirlərini, banklarını və hərbi sənayesini hədəf alır.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, yeni paket Rusiya ilə Şimal Axını qaz kəmərləri vasitəsilə aparılan bütün əməliyyatların qadağan olunmasını və sanksiyalardan yayınan banklarla hər hansı maliyyə münasibətlərinin dayandırılmasını təklif edir.

“Rusiyanın məqsədi sülh deyil, güc hüququnu tətbiq etməkdir… Güc — Rusiyanın başa düşdüyü yeganə dildir”, – Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında belə deyib.

Təklif olunan tədbirlər çərçivəsində daha 22 Rusiya bankının sanksiya siyahısına salınması nəzərdə tutulur. Bu bankların təkcə “SWIFT” sistemindən çıxarılma ilə kifayətlənilməyəcək, həm də onlara qarşı tam əməliyyat qadağası tətbiq olunacaq. Komissiya həmçinin sanksiyaların üçüncü ölkə banklarını da əhatə etməsini təklif edir.

Siyahıya Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF), onun törəmə şirkətləri və geniş əlaqələr şəbəkəsi də daxil edilib.

RDIF rəhbəri Kirill Dmitriyev Ursula Fon der Leyenin bəyanatına cavab olaraq bildirib ki, bu, Avropa İttifaqının Ukraynadakı münaqişəni uzatmaq istəyi və RDIF-in Rusiya ilə ABŞ arasında münasibətləri bərpa etmək cəhdlərindən narazılığı ilə bağlıdır.

Həmçinin oxuyun:

Rusiya “sülh” adıyla sanksiyalardan qaçmağa çalışır – Zelenski

Onun sözlərinə görə, RDIF həmçinin Rusiyada fəaliyyət göstərən Avropa şirkətlərinə dəstək verməyə davam edir.

Avropa Komissiyası həmçinin G7 ölkələrinin Rusiyadan alınan xam neftə tətbiq etdiyi qiymət tavanının 60 dollardan 45 dollara endirilməsini təklif edib. Bu, Rusiyanın enerji gəlirlərinin daha da azaldılmasına yönəlib.

Fon der Leyen bildirib ki, neft qiyməti ilə bağlı qərar gələn həftə Kanadada keçiriləcək G7 liderlərinin sammitində müzakirə olunacaq.

Təklifdə həmçinin Rusiyanın “kölgə donanması”na daxil olan daha çox gəmi və neft ticarəti ilə məşğul olan şirkətlərin siyahıya əlavə olunması nəzərdə tutulur. Beləliklə, bu cür gəmilərin ümumi sayı 400-ü keçəcək. Komissiya həmçinin Rusiya mənşəli neftdən emal edilmiş məhsulların idxalına qadağa tətbiq edilməsini təklif edir.

“Bu yolla biz rus xam neftinin dolayı yollarla Aİ bazarına çıxmasının qarşısını almaq istəyirik,” – Fon der Leyen əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri