Marko Yankoviçin Ermənistana qarşı oynamamasının səbəbi…
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın Monteneqro millisində çıxış edən futbolçusu Marko Yankoviçin Ermənistanla ötən gün keçirilən yoxlama matçında iştirak etməməsi ilə bağlı xəbər vermişdik.
Ağdam klubunun digər oyunçusu Marko Veşoviç 63-cü dəqiqədə, “Neftçi”nin futbolçusu Edvin Kuç isə 78-ci dəqiqədə Monteneqro millisinin heyətində meydana daxil olublar.
Yankoviçin matçın iştirak ərizəsində yer almaması, onun zədəli olub-olmaması sual doğurub. “Qarabağ” klubundan isə QOL.az-a bildirilib ki, yarımmüdafiəçinin heç bir zədəsi yoxdur, ancaq ola bilər ki, millinin baş məşqçisi Robert Prosineçki Yankoviçə ağır mövsümdən sonra istirahət vermək üçün onun adını iştirak ərizəsinə salmayıb.
Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 İyun 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















