Icma.az
close
up
RU
Müasir siyasi tariximizin Qurtuluş missiyası

Müasir siyasi tariximizin Qurtuluş missiyası

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Ümummilli Lider Heydər Əliyev çox çətin bir zamanda siyasətə qayıtmışdır. Demək olar ki, Azərbaycan 1991– 1993-cü illərdə sözün əsl mənasında məhv olmaq, parçalanmaq ərəfəsində idi. Həmçinin əlavə maliyyə problemləri, çoxsaylı dövlət çevrilişləri, ordunun sıradan çıxması kimi hallar ölkədəki gərginlik daha da artırmışdır.
O zamanlar Xalq cəbhəsi hakimiyyəti Azərbaycanı daha da sürətlə zəiflətməyə başlamışdır. Onlar hakimiyyətdə yalnız bir il qala bilməyi bacarmışdılar. Lakin bu bir il ərzində baş verən bir sıra hadisələr ölkəmizdə qarışıqlığa səbəb olmuş və xarici ölkələrlə əməkdaşlıq, həmçinin diplomatik və diasporla iş üzrə münasibətlər düzgün təşkil edilməmişdir.
Azərbaycan Respublikasının paytaxtında isə siyasi böhran getdikcə dərinləşməkdə davam etmiş, həmçinin hakimiyyət uğrunda çəkişmələr yenidən başlamış və ölkəmiz vətəndaş müharibəsi ilə üz-üzə qalmışdır. Gəncədə də bir qrup zabit özbaşına “hərbi birlik” yaratmış və dövlətçiliyi təhlükə qarşısında qoymuşdur. Qiyamçıların əsas tələbi hakimiyyətdə olan Xalq cəbhəsinin istefa etməsi idi.
Bununla bağlı Gəncəyə gedən dövlət nümayəndələri qiyamçılar tərəfindən girov götürülmüşdür. Mövcud vəziyyət o həddə çatır ki, qiyam Gəncədən digər şəhərlərə, həmçinin ətraf bölgələrə yayılmış və Azərbaycandakı daxili qarışıqlıq kəskin şəkildə artmışdır.
Bu hadisələrdən sonra meydanlara axışan insanlar tələb etmişdir ki, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya çağırılsın. Xalq cəbhəsi vətəndaşların tələbini əməl etməyə məcbur olur və Heydər Əliyevi Bakıya dəvət edilir. 1993-cü ilin 9 iyun tarixində Heydər Əliyev Bakıya gəlmiş və Ulu öndərin paytaxta gəlməsi ilə hər şey mərhələli şəkildə düzəlməyə başlamışdır. Milli Məclisdə Gəncə qiyamı ilə bağlı müzakirələr başlamış və Heydər Əliyev Gəncəyə gedəcəyini bəyan etmişdir. Bir neçə gündən sonra vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə yola düşən Heydər Əliyev bütün imkanlardan istifadə edərək silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını almışdır. Keçirilən görüşdən dərhal sonra Heydər Əliyev bütün ictimai xadimlərə və dövlət rəhbərliyinə Milli Məclisdə geniş məlumat vermiş, həmçinin hadisənin artıq nəzarət altında olduğunu qeyd etmişdir.
Bütün bu dövr ərzində ölkədə vəziyyətin sabitləşməsinə mane olan qüvvələr hər cür pozuculuq fəaliyyətini davam etdirmişdir. Müdafiə Nazirliyinin rəhbərliyində duran şəxslərin ordudakı çətin vəziyyəti tənzimləyə bilməməsi nəticəsində Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan kimi qədim torpaqlarımız ermənilər tərəfindən zəbt olunmuşdur.
Dövlət strukturlarının iflic olduğu, ölkə ərazisində olan qanunsuz silahlı birləşmlərin tüğyan etdiyi, xaosun hökmranlıq etdiyi çətin bir zamanda iyun ayının 15-də Heydər Əliyev parlamentdə təmsil olunan 39 nəfərin iştirakı ilə keçirilən sesissiyada 34 nəfərin səsini toplayaraq Azərbaycan Respublikası Ali Sovetinin 4-cü Sədri seçilmişdir.
Ulu öndər Heydər Əliyevin bu kimi xidmətlərindən sonra Azərbaycan uçurumun kənarından xilas olmuş və müasir bir dövr qədəm qoymuşdur. Bu dövrə biz müasir Azərbaycanın tərəqqiyə gedən yolunun başlanğıçı kimi də adlandıra bilərik.
Sənan Hüseynov – Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, ADNSU III kurs tələbəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 İyun 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri