Azərpoçt da yeni kadr təyinatı olub
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərpoçt" MMC-də yeni kadr təyinatı həyata keçirilib. Nail Qasımzadə "Azərpoçt"un Hesabatlılıq və təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Məlumata əsasən, Nail Qasımzadə bu təyinata qədər özəl bank sektorunda fəaliyyət göstərən banklardan birində çalışıb.
Xatırladaq ki, bu ilin aprel ayında "Azərpoçt" MMC-də rəhbərlik dəyişikliyi baş verib.
Qurumun İdarə Heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev təyin edilib. İsi Mustafayevin gedişindən sonra İdarə Heyəti sədrinin müavini Xəyyam Əlizadə və İdarə Heyətinin üzvü, Baş maliyyə direktoru Çingiz Qurbanov da vəzifələrini tərk ediblər.
Son təyinat da "Azərpoçt"da son aylarda aparılan kadr dəyişikliklərinin davamı kimi qiymətləndirilir./nocomment.az/
Mətləb
Baxış sayı:72
Bu xəbər 01 Sentyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















