Icma.az
close
up
RU
“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub

“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“Azərpoçt” MMC biznes subyektləri üçün iri məbləğli transsərhəd ödənişləri asanlaşdırmaq məqsədilə rəsmi olaraq “Visa B2B Connect” platformasına qoşulub.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.

“Visa B2B Connect” platformasına inteqrasiya olunmaqla “Azərpoçt” biznes müştərilərinə sürətli, təhlükəsiz və şəffaf şəkildə beynəlxalq ödənişləri birbaşa həyata keçirmək imkanı təqdim edir. Bu addım Azərbaycanda maliyyə xidmətlərinin müasirləşdirilməsinə mühüm töhfə verir.

“Visa B2B Connect” platforması şifrləmə, autentifikasiya və unikal rəqəmsal identifikasiya mexanizmi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir. Bu xüsusiyyətlər dələduzluq risklərini azaldır və yalnız yoxlanılmış istifadəçilərin şəbəkəyə daxil olmasını təmin edir. Bu da hər bir əməliyyatın təhlükəsizliyini, etibarlılığını və şəffaflığını artırır.

Platformanın əsas üstünlükləri:
• Ödənişlərin eyni gün və ya növbəti iş günü ərzində çatdırılması;
• Vəsaitlərin benefisiar banka kəsintisiz ötürülməsi;
• Valyuta konversiyası və komissiyaların əməliyyata qədər tam aydın görünməsi;
• Ödəniş statusunun real vaxt rejimində izlənməsi;
• Avtomatlaşdırılmış proseslər hesabına əməliyyat xətalarının və vaxt itkisinin azaldılması;
• İş proseslərinin optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması;
• Geniş analitik və hesabat alətləri ilə qərarvermə prosesinin dəstəklənməsi.

Bununla da “Visa B2B Connect” platforması biznes sahibləri üçün əməliyyatları sadələşdirir, insan səhvlərini minimuma endirir və daha ağıllı qərarların qəbulu üçün analitika və hesabat alətlərindən istifadəni mümkün edir.

Eyni zamanda “Azərpoçt” müştərilərinə qlobal bazarda daha səmərəli fəaliyyət göstərməyə kömək etmək öhdəliyini davam etdirir və rəqəmsal imkanlarını genişləndirərək hüquqi şəxslər və fərdi sahibkarlara İnternet bankçılıq xidməti vasitəsilə köçürmələr aparmaq, əməliyyatları izləmək və maliyyə sənədlərinə bank şöbəsinə müraciət etmədən çıxış əldə etmək imkanı yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri