Icma.az
close
up
RU
“Azərreyl”in legioner voleybolçusu: Bakıda xoşbəxtəm, ən sevdiyim yer İçərişəhərdir MÜSAHİBƏ

“Azərreyl”in legioner voleybolçusu: Bakıda xoşbəxtəm, ən sevdiyim yer İçərişəhərdir MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Bu mövsüm Azərbaycan Yüksək Liqasında çempion olan qadın voleybolçulardan ibarət “Azərreyl” komandasının Puerto-rikolu oyunçusu Nayka Benites AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Azərreyl”in heyətində keçirdiyiniz ilk mövsümdə Azərbaycan çempionu oldunuz. Təəssüratlarınızı bilmək maraqlı olar…

- Bu mövsüm bizim üçün çətin keçdi. Zədəli oyunçularımız çox oldu. Heyətdə də müəyyən dəyişikliklər baş verdi. Komandanın öz oyununu tapması çətin idi. Rəqiblərimiz ötən ilin sentyabr ayından birgə hazırlıq keçirdi, lakin biz isə bu ilin yanvarından tam heyətlə məşq edirdik. Ona görə də çempionluq bizim üçün xüsusi oldu. Xoşbəxtəm ki, buradakı ilk mövsümümdə kubok qazandım. Uğurumuzda hər kəsin əməyi var.

- Finalın ilk oyununda “Abşeron”n 0:3 hesabı ilə məğlub olduqdan sonra bir çoxları geridönüş edəcəyinizi gözləmirdi...

- Mövsüm ərzində “Abşeron”a qarşı keçirdiyimiz oyunlarda qalib gəlməmişdik. Hamı onların bu il çempion olacağına inanırdı. Həqiqətən də rəqibin güclü heyəti var. Bu səbəbdən qızıl medallara əsas favorit hesab olunurdular. Birinci final matçından sonra komanda bir araya toplandı və “daha bir şansımız var, itirəcək heç nəyimiz yoxdur” dedik. Baş məşqçi Paolo Tofoli mövsüm ərzində bizə hər görüşün bir hekayə olduğunu və istənilən nəticə ilə üzləşə biləcəyimizi söyləyirdi. O, voleybolçularına hər zaman inanır. Bu, ən önəmli faktordur. İkinci qarşılaşmadan həzz almağa çalışdıq. Mövsümün son oyununa çıxırdıq. Birinci matçı unutmuşduq. Özümüz üçün yeni səhifə açdıq. Meydanda əla enerjiyə sahib komanda var idi. Hiss etdim ki, vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik. Elə də oldu, biz bunu bacardıq.

- Legioner oyunçu kimi, Azərbaycan Yüksək Liqasının səviyyəsi barədə nə deyə bilərsiniz?

- Bu mövsüm çox maraqlı oyunlar keçirdik. Azərbaycan Voleybol Federasiyasının yeni mövsüm üçün yaxşı planlar qurduğunu eşitmişəm. Liqanız inkişaf edir.

- Növbəti mövsümdə də “Azərreyl”də qalmağı düşünürsünüz?

- Bəli, yenidən bu kluba qayıdacağam. Burada çox yaxşı təcrübə topladım. Hər kəs mənə xoş münasibət göstərir. Ona görə gələn mövsümdə də “Azərreyl”də olacağam.

- Azərbaycan və Bakı şəhəri haqqında fikirləriniz necədir?

- Bura gəlmədən öncə Azərbaycan haqqında çox bilmirdim. Ölkənizdə nələr edə biləcəyimi fikirləşirdim. Vətənim Puerto-Rikodan uzaqda olmaq, fərqli mədəniyyəti olan ölkədə yaşamaq qəribə gəlirdi. Lakin komanda yoldaşlarım və digər şəxslər mənə dəstək oldular. İndi isə Bakıda xoşbəxtəm. Ən sevdiyim yer İçərişəhərdir. Orada tarixi abidələr var.

- Bir neçə gün əvvəl çempionluğu qeyd etmək üçün komanda ilə birgə Lənkərana getmişdiniz. Azərbaycanın cənub bölgəsində nələri bəyəndiniz?

- Lənkəranın möhtəşəm təbiəti var. Ora mənə ölkəm Puerto Rikonu xatırladır. Hər andan zövq aldım.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see140

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri