Icma.az
close
up
RU
Azərsu ASCnin sabiq vəzifəli şəxsi hakim qarşısında

Azərsu ASCnin sabiq vəzifəli şəxsi hakim qarşısında

Rüşvət almaqda təqsirləndirilən Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Həşimovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb. Cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Mehman Haşımov ləğv edilmiş "Azərsu" ASC-nin yerli şöbələrində həyata keçirilmiş kompleks yoxlamalar nəticəsində tutduğu vəzifəsindən azad edilib. O, vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda rüşvət almaqda təqsirli bilinərək barəsində materiallar toplanaraq ittiham irəli sürülüb.

Oxu.az

seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri