Icma.az
close
up
RU
Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə üzrə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub:

“Sənədsiz evlərlə bağlı məsələdə obyektiv və subyektiv səbəblər var. Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri ondan ibarətdir ki, o evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir.

Çünki onlar bələdiyyələrə əmlak və torpaq vergisi vermirlər, bununla da bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir. Bunun üçün də 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir".

S.Novruzov sənədsiz evlərlə bağlı problemin tezliklə həll olunmasının vacibliyini vurğulayıb:

"Digər tərəfdən, bu evlərin bir hissəsi SOCAR-a məxsus olan neftli ərazilərdə tikilib. SOCAR həmin evlərin sənədləşdirilməsi üçün sakinlərə xüsusi məktub verməlidir. Bundan başqa, sənədsiz evlərin bir çoxu yüksək gərginlikli elektrik xətlərinin altında, yaxud da dəmiryolu kənarında tikilib.

Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar. Bu baxımdan, bu məsələnin həlli üçün komitə olaraq nə bacarırıqsa, köməklik etməyə çalışırıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see264

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see203

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see160

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see159

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see154

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see152

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri