“Azərsun Holdinq”in “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına dəstək verib
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnsanlarda tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədi ilə təşkil olunan festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə toplanan plastik, şüşə tullantılar və işlənmiş batareyalar müvafiq emal müəssisələrinə göndərilərək ətraf mühitə zərərin azaldılmasına töhfə verəcək.
Aksiya zamanı iştirakçılar ümumilikdə 6585 litr plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər. Toplanan tullantılar növlərinə uyğun şəkildə çeşidlənərək yenidən emal prosesinə cəlb edilib.
Festival müddətində tullantıların təkrar emalı, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.
“Azərsun Holdinq” gələcəkdə də ekoloji layihələrdə fəal iştirak edərək dayanıqlı inkişaf, təmiz ətraf mühit və məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılmasına töhfə verməyi davam etdirəcək.
Baxış sayı:116
Bu xəbər 23 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















