ADPU imtahan sessiyasına hazırdır 11 500 tələbə imtahan verəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı,23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi şuranın növbəti iclası keçirilib.
Bu barədə AZƏRAC-a universitetdən məlumat verilib.
İclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə son dövrdə görülmüş işlərə toxunaraq tədris və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinin, şəffaflıq və məsuliyyət prinsiplərinin qorunmasının əsas prioritetlərdən olduğunu vurğulayıb. Rektor qarşıdan gələn imtahan sessiyasının yüksək təşkilati səviyyədə keçirilməsinin vacibliyini qeyd edib.
Elmi Şuranın gündəliyinə uyğun olaraq Tədris departamentinin direktoru dosent Sənan Əliyev “ADPU-nun 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığının vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, imtahan sessiyasının təşkili ilə bağlı bütün əsas hazırlıq və təşkilati məsələlər yekunlaşdırılıb, müvafiq əmr layihəsi hazırlanıb. Qeyd olunub ki, imtahanların 2026-cı il yanvarın 5-dən fevralın 5-dək, fənn kreditinin 25 faizini ödəmək şərti ilə təkrar imtahanların isə fevralın 6-dan 11-dək keçirilməsi nəzərdə tutulur. İmtahanlar əsasən ADPU-nun əsas və II tədris binalarında, xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə III tədris binasında gündə üç növbədə təşkil ediləcək. Ümumilikdə Bakı şəhəri üzrə 11 500-dən artıq bakalavr və magistrantın imtahanlarda iştirakı planlaşdırılır.
İclasda, həmçinin ADPU ilə Həmkarlar İttifaqı Komitəsi arasında imzalanmış müqavilə müzakirə olunub. Məsələ ilə bağlı Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev çıxış edərək sənədin universitet əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra cari məsələlər müzakirə edilib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov fəlsəfə doktoru və magistrlik dissertasiya mövzularının, elmi rəhbərlərin təsdiqi, magistrlik dissertasiyalarının yazılması qaydaları, fənn olimpiadalarının və musiqi-incəsənət müsabiqəsinin keçirilməsi, “İlin gənc alimi və tədqiqatçısı” nominasiyası üzrə müsabiqənin təşkili barədə təkliflərlə çıxış edib.
Maliyyə komissiyasının təklifləri isə rektorun müşaviri Ümid Mehdiyev tərəfindən Şura üzvlərinin diqqətinə çatdırılıb.
Yekunda təqdim olunan təkliflər Elmi şura tərəfindən səsə qoyularaq qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 23 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















