Icma.az
close
up
RU
“Azərxalça” və Qarabağ FK əməkdaşlığa başlayır

“Azərxalça” və Qarabağ FK əməkdaşlığa başlayır

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərxalça" ASC və "Qarabağ Futbol Klubu" ( Qarabağ FK) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.

Milli.Az xəbər verir ki, "Azərxalça" ASC-nin İçərişəhərdə yerləşən satış və sərgi salonunda baş tutan tədbirdə imzaları "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və Qarabağ FK-nın Prezidenti Tahir Gözəl atıb. Görüş zamanı Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri ilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, Qarabağ FK-nın brend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasının yaradılması, istehsalı və satışı üzrə tərəflər arasında əməkdaşlığın əsas prinsipləri müəyyən olundu. Anlaşma memorandumu tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi,  qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulması kimi vacib addımları dəstəkləyir.

Bundan sonra hər iki tərəf Qarabağ FK-nın rəsmi atributlarını, Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentlərini, eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementlərini özündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onların çeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğun məhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilən məmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətinin müəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram və layihələrin həyata keçirilməsi və  tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər. 

Çıxışlar zamanı həm Emin Məmmədov, həm Tahir Gözəl milli irsimizin qorunması, xalçaçılıq sənətinin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib. "Azərxalça" ASC sədri xüsusi vurğulayıb ki,  "Azərxalça" ASC həm ölkə daxili, həm ölkə xaricində baş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi, xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir. Bildirilib ki, öz növbəsində Qarabağ futbol kulubu da "Qarabağ" adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. "Qarabağ" FK-nın Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir. Klub hazırda Cənubi Qafqazın futbol lideri hesab olunur.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:383
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Mart 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri