“Azərxalça”nın 190 minlik tenderi baş tutmadı
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ipək və yun tərkibli iplərin boyanması xidməti ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 190 500 AZN olub.
Cabir

“Azərxalça”nın 190 minlik tenderi baş tutmadı
15 Aprel 2025 10:27
Azərxalça nın 1,3 milyonluq iki tenderi ləğv edildi
16 Yanvar 2025 15:06
“Azərxalça” auditor seçib
19 Dekabr 2024 15:08
MİDA nın 620 minlik tenderi ləğv edildi
03 Mart 2025 10:33
Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi
18 Fevral 2025 10:28

