Icma.az
close
up
RU
Uşaqlar üçün bağça sistemlərinin genişləndirilməsi Özbəkistanda qadınların məşğulluğunun artmasına səbəb olub

Uşaqlar üçün bağça sistemlərinin genişləndirilməsi Özbəkistanda qadınların məşğulluğunun artmasına səbəb olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

2018–2022-ci illərdə Özbəkistanda məktəbəqədər təhsil şəbəkələrinin genişləndirilməsi qadın məşğulluğunun artmasına şərait yaradıb. AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının iqtisadçıları Çiyu Nyu və Avralt-Od Purevjav, həmçinin Mərkəzi Avropa Universitetindən Dilnovoz Abdurazzakovanın müəllifliyi ilə aparılmış bir araşdırmada qeyd olunur.

Təxminən 37 milyon nəfər əhalisi olan Özbəkistanda 2017-ci ildə məktəbəqədər təhsilin əhatə dairəsi ən aşağı səviyyədə olub, yəni 3-7 yaş arası uşaqların cəmi 27%-i bağçaya gedirdi.

2018–2022-ci illər arasında hökumət məktəbəqədər müəssisələrin sayını üç dəfə artırmaqla genişmiqyaslı proqram həyata keçirdi (2024-cü ilin sonuna qədər bu göstərici 76%-ə çatdırılıb). Bu tədbir şəhər və kənd ərazilərində minlərlə ailənin evinə yaxın məsafədə bağçaların açılmasına imkan verdi.

“İlk baxışda belə sual yarana bilər: “Əgər qeyri-rəsmi uşaq baxıcılığı varsa, formal baxıcılıq nəyə lazımdır?” Lakin əldə olunan nəticələr gözlənilməz oldu”.

Araşdırma Dünya Bankının hər ay keçirdiyi “Özbəkistan vətəndaşlarını dinləmək” (Listening to the Citizens of Uzbekistan – L2CU) adlı milli sorğunun təxminən 1500 ailəni əhatə edən məlumatları əsasında aparılıb.

Tədqiqatçılar bu məlumatları məşğulluq və təhsil göstəriciləri ilə müqayisə edərək, bağça infrastrukturu genişlənmiş regionlardakı qadın məşğulluğunu, dəyişiklik baş verməmiş bölgələrlə tutuşdurublar. Bu metod məktəbəqədər siyasətin qadınların əmək bazarına çıxışına konkret təsirini ayırd etmək imkanı verib.

Nəticədə məlum olub ki, məktəbəqədər təhsilin genişlənməsi qadın məşğulluğunda 12 faiz (yaxud 3,3 faiz bəndi) artıma səbəb olub. Bu, qadınların ənənəvi olaraq əmək bazarına daxil olmaqda çətinlik çəkdiyi bir ölkə üçün mühüm göstəricidir.

Tədqiqatda qeyd olunur ki, əlçatan uşaq baxımı hətta qeyri-rəsmi baxımın yayğın olduğu şəraitdə belə qadınlar üçün sosial və struktur maneələri aradan qaldırır.

Bundan başqa, təhsilə yönələn yatırımlar məşğulluğa müsbət təsir göstərir, ailələr uşaq bağçalarını uşaqlar üçün insan kapitalına qoyulan sərmayə kimi qiymətləndirirlər.

Eyni zamanda vurğulanır ki, siyasətin effektivliyini düzgün qiymətləndirmək və onun təsirini gücləndirmək üçün bu cür tədbirlərin nəticələri sistemli şəkildə ölçülməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri