Icma.az
close
up
RU
“Ramştayın” formatının 28 ci iclasında Ukraynaya külli miqdarda hərbi dəstək qərarı verilib

“Ramştayın” formatının 28 ci iclasında Ukraynaya külli miqdarda hərbi dəstək qərarı verilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiyev, 5 iyun, AZƏRTAC

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) iyunun 4-də Brüsseldə keçirilən 28-ci görüş Ukraynaya müttəfiqlərindən görünməmiş hərbi dəstək gətirib.

Bu barədə AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Ukrayna müdafiə naziri Rustem Umerov qeyd edib ki, Ukraynanın mühüm nəticələri var. Nazirin sözlərinə görə, 2025-ci ildə təhlükəsizlik yardımı tammiqyaslı müharibənin bütün əvvəlki illərinin rəqəmlərini üstələyəcək.

"Görüşdən sonra tərəfdaşlarımız yeni yardım paketləri və mühüm dəstək addımlarını açıqladılar", - deyə nazir bildirib.

Böyük Britaniya pilotsuz təyyarələrin tədarükü üçün rekord məbləğdə yardım elan edib - 350 milyon funt-sterlinq. Nazirin sözlərinə görə, bu, Ukraynaya 2025-ci ildə 100 min pilotsuz uçan aparatı ötürməyə imkan verəcək.

Ümumilikdə, 2025-ci ildə Britaniyanın hərbi dəstəyi 4,5 milyard funt-sterlinq təşkil edir ki, bunun da 247 milyon funt-sterlinqi Ukrayna Silahlı Qüvvələrinin təliminə sərf olunacaq.

Almaniya 5 milyard avro dəyərində yeni hərbi yardım paketini elan edib. "Bundestaq artıq bu qərarı təsdiqləyib", - deyə Umerov bildirib.

Paketə, xüsusən də Ukraynada istehsal olunacaq uzaqmənzilli silahların maliyyələşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin, silah və sursatların ötürülməsi daxildir.

Niderland 400 milyon avro dəyərində yardım paketi təqdim edib. Buraya mina əleyhinə gəmi, qayıqlar və dəniz dronları daxildir.

Belçika uzunmüddətli bir təşəbbüs elan edib. Ukraynaya 2029-cu ilə qədər 1 milyard avro məbləğində illik yardım edəcək.

Norveç Ukrayna müdafiə sənayesini dəstəkləmək üçün pilotsuz təyyarələr üçün 700 milyon dollar ayıracaq.

Kanada dronlar, elektron müharibə sistemləri, İT həlləri, həmçinin zirehli maşınlar üçün 45 milyon dollar, İsveç Ukrayna üçün artilleriya sursatlarının, pilotsuz təyyarələrin və digər silahların alınması üzrə beynəlxalq proqramlar üçün 440 milyon avro ayıracaqlarını açıqlayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri